Tədris işləri üzrə prorektor

Tədris işləri üzrə prorektor Ədalət Soltan oğlu Səmədov – texnika üzrə elmlər doktoru (2013), professor, uçuş aparatları və aviasiya mühərriklərinin konstruksiyası və istismarı üzrə mütəxəssisdir. N.E.Bauman adına Moskva Ali Texniki Məktəbini bitirmişdir (1987). 1987-96-cı illərdə Azərbaycan Milli Aerokosmik Agentliyinin Kosmik Cihazqayırma Təcrübə Zavodunda istehsalat sahəsinin rəisi vəzifəsində çalışmışdır. Milli Aviasiya Akademiyasında (MAA) müəllim (1993-1999), “Uçuş aparatlarının və aviasiya mühərriklərinin konstruksiyası və istismarı” kafedrasının müdiri (1999-2003), “Hava nəqliyyatının uçuş-texniki istismarı” fakültəsinin dekanı (2003-2010) vəzifələrində işləmişdir.

2010-cu ildən etibarən MAA-nın tədris işləri üzrə prorektoru vəzifəsində çalışır.

Maye və qazlar mexanikasının, istilik fizikasının fundamental biliklərini və son nailiyyətlərini tətbiq etməklə uçuş aparatlarının güc qurğularında və sistemlərində qaz dinamikasının və istilik-kütlə mübadiləsinin modəlləşdirilməsi üzrə 60-dan çox elmi məqalənin (onlardan 30-dan çoxu xarici elmi-texniki mətbuatda dərc olunmuşdur), 6 dərs vəsaitinin müəllifidir. Ə.Səmədov Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, MAA nəzdində fəaliyyət göstərən D 06.001 dissertasiya şurasının üzvü, MAA-nın Elmi-metodik şurasının sədri, MAA-nın «Elmi Əsərlər» toplusunun redaksiya heyətinin üzvüdür. Aviasiya sahəsində milli kadrların hazırlanmasında əhəmiyyətli rolu vardır. Ədalət Səmədov mülki aviasiya sahəsində uzunmüddətli qüsursuz və səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)” yubiley medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 29 may 2013-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş, Azərbaycan Respublikası Prezidentinin 31 may 2018-ci il tarixli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

Əlaqə tel: (+994 12) 497 28 38;   (+994 12) 497 26 00 (21-53);

E-mail: samedov@naa.edu.az