(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

Elmi işlər üzrə prorektor

Elmi işlər üzrə prorektor, t.e.d., professor, AMEA-nın müxbir üzvü Afiq Rəşid oğlu Həsənov – 1974-cü ildə prof. Bonç-Bruyeviç adına Leninqrad Elektrotexniki Rabitə İnstitutunu bitirib. «Start» və «Pluq» tipli Havada Hərəkətin İdarə Edilməsi Avtomatlaşdırılmış Sistemlərinin işlənməsində iştirak edib. 1993-cü ildə namizədlik, 2003-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Uzun müddət Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışmış və eyni zamanda Azərbaycan Texniki Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Siqnalların işlənməsi üçün yeni tipli akustooptik metodların və vasitələrin yaradılması problemləri üzərində çalışır. 100-ə qədər elmi əsərin, o cümlədən ixtiraya verilmiş 7 müəlliflik şəhadətnaməsinin və 2 patentin, 4 monoqrafiyanın, 2 dərsliyin, 3 dərs vəsaitinin və 8 tədris-metodik işin müəllifidir. Eyni zamanda Radioelektronika kafedrasının müdiridir. Kafedra nəzdindəki «Radioelektron sistemlərin işlənməsi və tətbiqi» Problem laboratoriyasının rəhbəridir. Bir çox elmi tədqiqat və təcrübi konstruktor işlərinin elmi rəhbəri olmuşdur. Milli Aviasiya Akademiyasında fəaliyyət göstərən texnika elmləri üzrə İxtisaslaşdırılmış Dissertasiya Şurasının həmsədridir. 2014-cü ildə AMEA-nın texnika üzrə müxbir üzvü seçilmişdir. Radiotexnika, radiolokasiya, radionaviqasiya və televiziya sistemləri və qurğuları istiqamətində gənc alimlərin yetişdirilməsində mühüm xidmətləri vardır. Azərbaycan Respublikası Prezidentinin 31 may 2018-ci il tarixli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

Əlaqə tel:   (+994 12) 497 27 54;  mob. (+994 50) 512 47 64

e-mail:  a.hasanov @naa.edu.az