(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30
Bizi izləyin:
Dil:

İctimaiyyətlə əlaqə üzrə prorektor

İctimaiyyətlə əlaqə üzrə prorektor Şəmsəddin Əşrəf oğlu Axundov – 1956-cı ildə Azərbaycan Dövlət Universitetini jurnalistika ixtisası üzrə bitirib. Mədəniyyət Nazirliyində metodist-inspektor, baş metodist, şöbə müdiri vəzifələrində çalışıb (1956-1965). Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində məsul katib, sədr (1965-1969) olmuş, Azərbaycan Həmkarlar İttifaqları Şurasında şöbə müdiri vəzifəsində işləmişdir (1969-1981). 1981-1987-ci illərdə M.F.Axundov adına Respublika Kitabxanasında elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1988-2001-ci illərdə Azərbaycan Mədəniyyət Nazirliyində mədəni-maarif müəssisələri idarəsində rəis, mədəni-maarif, kitabxana və muzey işləri baş idarəsində rəis, 1991-ci ildən nazir müavini vəzifələrində çalışmış, həmçinin Azərbaycan Respublikası Nazirlər Şurasının qərarı ilə Mədəniyyət Nazirliyinin Kollegiya üzvü kimi fəaliyyət göstərmişdir. 2001-ci ildən dövlət qulluğu təqaüdünə çıxmışdır. “Şərəf nişanı” və “Qırmızı əmək bayrağı” ordenləri, “Əmək rəşadətinə görə”, “Əmək igidliyinə görə”,  “Uzunmüddətli fədakar əməyə görə” medalları, “SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisi”nin Qızıl medalı, “Əla mədəniyyət işçisi” və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “100 illik” medalları ilə təltif olunmuşdr. 1978-ci ildə isə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Həyətinin fərmanı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür. 2005-2011-ci illərdə Milli Aviasiya Akademiyasında yaradılmış “Aviasiya tarixi muzeyi”nin direktoru olmuşdur.

Əlaqə tel:  (+ 994 12) 497 28 13;   497 26 00 (20-67);  mob. (+994 50) 212 94 96

E-mail: sh.axundov@naa.edu.az