“İntellekt” klubu 2012-ci ildə fəaliyyətə başlamışdır. Klubun əsas məqsədi gənclərdə intellektual potensialın aşkarlanması və inkişaf etməsinə şərait yaratmaqdır.
Klubun əsas vəzifələri:
- gənclərin intelektualizasiya sahəsində aktiv iştirakına şərait yaratmaq
- gənclər arasında elm və biliklərin təbliği
- gənclər arasında dünya mədəniyyəti və ümumbəşəri dəyərlərin təbliği.
Klubun fəaliyyətinin əsas istiqamətləri:
Tədbirlərin keçirilməsi
- Müasir intellektual texnologiyaların öyrənilməsi və onların aviakosmik tədqiqatlarda tətbiqinə yönəlmiş biliklərə yiyələnmək
- Gənclərin intellektual məhsullarının sərgilərinin təşkili
- Elmi-seminar və təlimlərin təşkili
- Yaradıcılıq gecələri, diskussiyalar və görüşlərin təşkili
- Məşhur elm və ictimai xadimlərlə, ziyalılarla görüşlərin keçirilməsi.
Nəşriyyat fəaliyyəti
- “Səma” (“Sky”) elmi-kütləvi jurnalın (Azərbaycan, rus və ingilis dillərində) nəşri.
- “Səma” (“Sky”) jurnalının tələbə versiyası “Aydın səma” jurnalının (Azərbaycan, rus və ingilis dillərində) nəşri.
- “İntellekt Klub” seriyasında kitabçaların (broşurların) hazırlanması və çapı (məşhur adamların həyatı, müasir texnologiyaların tətbiqi və s. mövzularda).
İntellektual oyunların keçirilməsi:
- Nə? Harada? Nə zaman?
- Breyn-rinq
- Debatların keçirilməsi
- Erudit Kvartet
- Öz oyunum (Своя игра)
- Qeyri-ənənəvi stolüstü intellektual oyunların inkişafı və təbliği.
Digər təşkilatlarla əlaqə:
Uyğun ölkədaxili və xarici təşkilatlarla birgə layihələrdə iştirak etmək.
“İntellekt” klubunun rəhbəri texnika üzrə fəlsəfə doktoru, dosent Fuad Həsən oğlu Dadaşovdur. Maraq dairəsi – intellektual sistemlər, neyroelmlər, psixofiziologiya, şərq döyüş sənətləri.
Tel.: (+994 55) 868 51 62
e-mail: dfh54@rambler.ru