“İntellekt” klubu

“İntellekt” klubu 2012-ci ildə fəaliyyətə başlamışdır. Klubun əsas məqsədi gənclərdə intellektual potensialın aşkarlanması və inkişaf etməsinə şərait yaratmaqdır.

Klubun əsas vəzifələri:

  • gənclərin intelektualizasiya sahəsində aktiv iştirakına şərait yaratmaq
  • gənclər arasında elm və biliklərin təbliği
  • gənclər arasında dünya mədəniyyəti və ümumbəşəri dəyərlərin təbliği.

Klubun fəaliyyətinin əsas istiqamətləri:

Tədbirlərin keçirilməsi

  • Müasir intellektual texnologiyaların öyrənilməsi və onların aviakosmik tədqiqatlarda tətbiqinə yönəlmiş biliklərə yiyələnmək
  • Gənclərin intellektual məhsullarının sərgilərinin təşkili
  •  Elmi-seminar və təlimlər
  • Yaradıcılıq gecələri, diskussiyalar və görüşlərin təşkili
  •  Məşhur elm və ictimai xadimlərlə, ziyalılarla görüşlər.

Nəşriyyat fəaliyyəti

  • “Sky” (“Səma”) elmi-kütləvi jurnalın (Azərbaycan, rus və ingilis dillərində) nəşri.

“İntellekt KLUB” seriyasında kitabçaların (broşuraların) hazırlanması və çapı (məşhur adamların həyatı, müasir texnologiyaların tətbiqi  və s. mövzularda).

İntellektual oyunların keçirilməsi:

  • Nə? Harada? Nə vaxt?
  • Breyn-rinq
  • Erudit Kvartet
  • Öz oyunum (Своя игра)
  • Qeyri-ənənəvi stolüstü intellektual oyunların inkişafı və təbliği.

Digər təşkilatlarla əlaqə:

Uyğun ölkədaxili və xarici təşkilatlarla birgə layihələrdə iştirak etmək.

“İntellekt” klubunun rəhbəri texnika üzrə fəlsəfə doktoru Fuad Həsən oğlu Dadaşov ixtisasca riyaziyyatçıdır. Maraq dairəsi – intellektual  sistemlər, neyroelmlər, psixofiziologiya, şərq döyüş sənətləri.

Tel.: +994(55) 868 51 62

e-mail: dfh54@rambler.ru