(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

«Elmi Əsərləri» toplusu

 «Milli Aviasiya Akademiyasının Elmi Əsərləri» toplusu 1999-cu ildən nəşr olunur, 28 yanvar 2004-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının reyestrinə (№ 52) daxil edilmişdir və ildə 2 dəfə çap olunur. Jurnal Beynəlxalq standartlara uyğun olaraq Fransada qeydiyyatdan keçirilmişdir (Qeydiyyat: İSSN 2071-1247). «Milli Aviasiya Akademiyasının Elmi Əsərləri» toplusunun nəşri üçün aviasiya ilə bağlı elmi-texniki, iqtisadi və humanitar problemlərin geniş spektri üzrə məqalələri qəbul edilir.

Məqalələr Azərbaycan, Rus və İngilis dillərində təqdim oluna bilər.

Məqalələr A-5 formatlı kağızda,  kompüter yığımı ilə bir intervalla çap olunmuş şəkildə, müəllifin imzası ilə iki nüsxədən ibarət təqdim edilməlidir.

Məqalə mətninin ölçüləri aşağıdakı tələblərə uyğun olmalıdır: vərəqin kənarından boş yerlər 2sm – yuxarıdan, aşağıdan, soldan, sağdan.

Məqalələr Word for Windows mətn redaksiyasında (Times New Roman, 12 pt) yerinə yetirilmiş fayl şəklində diskdə qəbul edilir.

Təqdim olunan məqalələrə olan tələblər: məqalənın adı, qrafiklərlə, cədvəllərlə, cizgilərlə birlikdə məqalənin mətni; azərbaycan, rus və ingilis dillərində annotasiya; müəllifin soyadı, adı, atasının adı, ünvanı, telefon nömrəsi, iş yeri, vəzifəsi; elmi dərəcəsi; əsərlərinin sayı; maraq dairəsi göstərilməklə arayış və fotoşəkil (3×4). Təqdim olunmuş cizgilər, qrafiklər, cədvəllər nömrələnməli, başlıq verilməli və ayrıca vərəqlərdə dəqiq çap olunmalıdır. Qrafiklərin ölçüləri 10×14 sm-dən böyük olmamalı, koordinat oxları dəqiq çap olunmalı və tərkibində minimum rəqəmlər göstərilməlidir.

Məqalənin həcmi 10 (icmal məqalələri üçün 20)  səhifədən çox olmamalıdır.

Başqa iki dildə annotasiya ayrıca vərəqdə 10 sətirdən çox olmayan həcmdə bir intervalla çap olunmalıdır.

Məqalələr nəşrə Elmi Əsərlərin Redaksiya Heyətinin qərarı ilə təqdim olunur.

Çap olunmamış məqalələrin materialları müəlliflərə qaytarılmır.

Redaksiyanın  ünvanı:   AZ-1045, Bakı ş. Binə 25-ci km, Milli Aviasiya Akademiyası.

Tel: (+994 12) 497 26 00 (24-88)

E-mail: elmitoplu@box.az;    elmitoplu@naa.edu.az