(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

Tələbə elmi cəmiyyəti

Tələbə elmi-texniki cəmiyyəti MAA-da tələbələrin elmə və texnikaya marağını artırmaq məqsədilə yaradılmışdır. Cəmiyyətin hər bir fakültə və kafedra üzrə xüsusi nümayəndələri vardır.

Cəmiyyətin işi aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirilir:

Tələbə konfrans və seminarlarının keçirilməsi;
Tələbə fənn olimpiadalarının təşkili və keçirilməsi;
Tələbələrin müxtəlif texniki dərnəklərinin təşkili.
Hər il mütəmadi olaraq “Nəqliyyatın inkişaf problemləri” adlı Elmi-texniki tələbə konfransı təşkil edilir. Konfransda aşağıdakı bölmələr üzrə məruzələr dinlənilir:

Nəqliyyat vasitələrinin texniki istismarı;
Nəqliyyatda informasiya-ölçmə sistemləri;
Daşımaların təşkili və logistika;
Nəqliyyatda təhlükəsizliyin təşkili;
Uçuşların təşkili və meteoroloji problemlər;
Nəqliyyatın iqtisadi problemləri;
Nəqliyyatın hüquqi problemləri.

Tələbə fənn olimpiadaları hər il “Azərbaycan tarixi”, “Ali riyaziyyat”, “Fizika”, “İnformatika” və “İngilis dili” fənləri üzrə keçirilir. Qaliblərin Respublika olimpiadasında iştirakı təmin edilir. Bir qayda olaraq olimpiadalar mart ayında, konfranslar isə may ayında keçirilir.

Tələbə elmi cəmiyyətinin sədri Natiq Malik oğlu İsmayılov– 1990-cı ildə Ç.İldırım adına Azərbaycan Politexnik Universitetinin “REC hazırlanma texnologiyası və istehsalının təşkili” ixtisası üzrə bitirmişdir. Kosmik Tədqiqatlar EİB-də sınaqçı mühəndis (1990-1992), Milli Aviasiya Akademiyasının “Fizika” kafedrasının baş laborantı (1992-1994), Milli Aviasiya Akademiyasının “Fizika” kafedrasının müəllimi (1994-1996), Milli Aviasiya Akademiyasının “Avtomatika və aviasiya cihazları” kafedrasının baş müəllimi (1996-2002), Milli Aviasiya Akademiyasının “Avianəqliyyat istehsalatı” fakültəsinin dekanı (2002-2006), Milli Aviasiya Akademiyasının “Aerokosmik cihazlar” kafedrasının dosenti (2006-2016) vəzifələrində çalışmışdır. 2016-cı ildən MAA-nın Aerokosmik cihazlar kafedrasının müdiri vəzifəsində çalışır. 9 məqaləsi, 1 dərs vəsaitı, 6 tədris metodiki vəsaiti çapdan çıxmışdır.

Əlaqə tel: (+994 12) 497 26 00 (21-33)

Mob.: (+994 55) 230 07 68