Beynəlxalq əlaqələr şöbəsi

MAA-nın beynəlxalq əlaqələri t.e.d., professor Ramiz Əli Cabar oğlu Sadıqov və onun tabeliyində olan Beynəlxalq Əlaqələr şöbəsiİngilis dilində hazırlıq fakültəsi vasitəsilə koordinasiya edilir.

Beynəlxalq Əlaqələr şöbəsi 2007-ci ildə yaradılmışdır. Beynəlxalq Əlaqələr şöbəsi MAA-nın müəllim-tələbə heyətinin ingilis dili üzrə ixtisas artırması və təcrübə keçməsi istiqamətində müxtəlif yerli və beynəlxalq proqramlar araşdırıb həyata keçirir. Bu günə qədər şöbə pilot, mühəndis, mexanik və digər ixtisaslarda təhsil alan tələbələrin biliklərinin artırılması məqsədi ilə bir neçə Beynəlxalq proqram həyata keçirib. Bu proqram Almaniya, Litva, Fransa, ABŞ, Böyük Britaniya və s. kimi ölkələrlə əlaqələrimizin inkişaf etməsinə yardım edir.

MAA-nın əməkdaşları Beynəlxalq Əlaqələr şöbəsi vasitəsilə  aşağıda sadalanan bir sıra beynəlxalq qrant layihələrində iştirak etmişlər.

  • İETC – Beynəlxalq Təhsil-texnologiya Konfransı;
  • “ILMENAU” Student Grant;
  • 08-15 May, 2010-cu il İCAMES Mühəndislik Tələbələrinin Beynəlxalq Mədəni və Akademik görüşü proqramında iştirak və sertifikatların qazanmılması;
  • TEMPUS (Trans-European Mobility Programme for University Studies) proqramı çərçivəsində Bakı şəhərində keçirilən beynəlxalq görüşlərdə iştirak;
  • Avropa təhsil, audiovizual və mədəni agentliyinin TEMPUS proqramı çərçivəsində MAA-nın qazandığı “Sənaye ekologiyasında müasir magistr dərəcə təhsilinin yaradılması” qrant layihəsi. Bu layihə müddətində MAA-dan 2-3 müəllim və 3-5 tələbənin əməkdaş universitetlərdə staj keçməsi, xüsusi təlim proqramlarına yazılması eləcə də laboratoriya və dərs vəsaitlərinin, fənn proqramlarının və s. işlənib hazırlanması planlaşdırılıb;
  • TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya ölkələri arasında nəqliyyat dəhlizi sahəsində birgə proyektlərin işlənib həyata keçirilməsi proqramı çərçivəsində Bakı və Tiflis şəhərlərində keçirilən beynəlxalq görüşlərdə iştirak və bu proqram daxilində bir sıra kursların keçirilməsini təşkil etmək;
  • DAAD (Deutcher Akademischer Austausch Dienst) Almaniyada təhsil-tədqiqat-təcrübə proqramları;
  • ABŞ, Almaniya, Fransa və s. respublikaların ölkəmizdəki səfirlikləri ilə elmi-mədəni əlaqələri inkişaf etdirmək və MAA-nın təhsil standartlarını inkişaf etdirmək üçün müxtəlif layihələr hazırlamaq;
  • ABŞ Fullbright Proqramı xətti ilə bir neçə ingilis dili müəllimləri, FAA-dan Boeing üzrə mütəxəssislər MAA-da tədris sisteminə cəlb olunub və ingilis dili və aviasiya üzrə dərslər aparmışlar;
  • Ənənəvi olaraq MAA-ya “Hava gəmilərinin uçuş istismarı mühəndisliyi” ixtisası üzrə yeni qəbul olmuş tələbələrin Türkiyənin İzmir Yüksek Texnoloji İnstitutunda bir illik ingilis dili kurslarının təşkil edilməsi və s.

Beynəlxalq Əlaqələr şöbəsi vasitəsilə MAA-nın tələbələri üçün aşağıdakı yay məktəbləri təşkil olunur:

  • Baltik Aviasiya Akademiyası (Litva) ilə MAA arasında bağlanmış qarşılıqlı əməkdaşlıq müqaviləsi çərçivəsində tələbələr üçün aviasiya ingilis dili kursları təşkil edilir və həyata keçirilir;
  • Avropa Beynəlxalq Tədris Mərkəzi İNSE-də aviasiya ingilis dili kursu və Berlin şəhərində Lufthansa tədris-təlim mərkəzi olan TRAİNİCO-da seminar-praktika məşğələləri təşkil edilmiş və kurslarda iştirak edən tələbələr müvafiq sertifikatlar almışlar; 
  • Beynəlxalq “Work and Travel” proqramı çərçivəsində MAA-da təhsil alan yaxşı və əla oxuyan tələbələrin seçilərək bu proqramda iştirak etməsi təşkil edilir.

ICAO və Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının mülki aviasiya təhsil müəssisələri üçün olan tələbləri və “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində MAA-da təlim-tədris prosesinin inkişaf etdirilməsi və müasir Avropa ali təhsil standartlarının tətbiq edilməsi və MAA-da “1+4” təhsil sistemində tədris prosesinin təşkil edilməsi istiqamətində işlər görülür. Proqrama əsasən ixtisas üzrə qəbul olmuş tələbə 1 il hazırlıq kursunda yalnız ingilis dili təhsili alır. Hazırlıq kursuna qəbul zamanı tələbələrin dil bilikləri yoxlanılır və onlar səviyyələrə uyğun qruplaşdırılır. Əgər tələbənin qənaətbəxş TOEFL və ya İELTS balı olarsa tələbə 1 il hazırlıq kursu keçmədən təhsilini növbəti kursdan davam edə bilər. Hazırlıq kursunun sonunda tələb olunan keçid balını yığmayan tələbə yenidən həmin dərsləri keçməli və ya ixtisas kursuna uyğun digər dil qrupunda təhsil almalıdır.

  • Xaricdə Təhsil üzrə Dövlət Proqramı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 aprel 2012-ci il tarixli 75 saylı Qərarına əsasən MAA-da kosmik texnika və texnologiyalar üzrə yeni ixtisasların açılması məqsədilə bir sıra əməkdaş universitetlərlə layihələr işlənilir. Bu məqsədlə, MAA İstanbul Texniki Universitetinin Astronavtika və aeronavtika fakültəsi (Türkiyə), Moskva Fizika Texniki İnstitutu (Tədqiqat Universiteti) Aeromexanika və uçuş texnikası fakültəsi (Rusiya Federasiyası) və Dnepropetrovsk Milli Universitetinin Fizika Texniki Fakültəsində bir qrup tələbə və müəllim bu istiqamətdə ixtisasartırma və təhsil almaq üçün göndərilməsi istiqamətində işlər görülür.
  • ICAO Aviasiya ingilis dilinin 4-cü səviyyəsini qazanmaq və yeni tədris metodları öyrənmək məqsədilə 12-15 nəfərdən ibarət bir qrup tələbə və gənc mütəxəssis Böyük Britaniyanın Plimut şəhərinə Mayflower kollecində yay məktəbinin təşkili istiqamətində işlər görülür. Proqram çərçivəsində tələbələr üçün müasir dərsliklər əldə edilir, kitabxana zənginləşdirilir, proqram və sillabuslar müasir dərsliklər əsasında yenilənir, biliklərin mütəmadi yoxlanılması üçün müxtəlif test imtahanları keçirilir, dərs proqramından əlavə Aviasiya ingilis dili biliklərini inkişaf etdirmək üçün “Məsafədən təhsil kursları” və yay məktəbləri təşkil edilir.

Beynəlxalq Əlaqələr şöbəsinin rəisi, t.e.d., professor Ramiz Əli Cabar oğlu Sadıqov – 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu riyaziyyat müəllimi ixtisası üzrə bitirib. 1972-1977-ci illərdə M.V.Keldış adına Tətbiqi Riyaziyyat İnstitutunda və Moskva Elmi-tədqiqat Avtomatik Aparatura İnstitutunda riyaziyyatçı-proqramçı işləyib.  1977-1989-cu illərdə “Neftqazavtomat” Elm-istehsalat Birliyində elmi tədqiqat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1985-ci ildə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda namizədlik dissertasiyasını, 1995-ci ildə İ.M.Qubkin adına Moskva Neft və Qaz Akademiyasında doktorluq dissertasiyasını müdafiə edib. 1989-1998-ci illərdə Azərbaycan Texniki Universitetində Avtomatlaşdırılmış layihələndirmə sistemləri kafedrasının dosenti və kompyuter mərkəzinin rəhbəri vəzifəsində çalışmışdır. 1998-ci ildən R.Ə.Sadıqov Azərbaycan Milli Aviasiya Akademiyasında işləyir. 2005-ci ildən Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsini icra edir. R.Ə.Sadıqov Beynəlxalq Elmlər Akademiyasının akademikidir. 2003-cü ildən Amerika Mexanik- Mühəndislərin Elmi Cəmiyyətinin üzvüdür. “Aviation”, “Applied mathematics”, “Безопасность и устойчивость систем” jurnallarının redaksiya heyətinin üzvüdür. R.Ə.Sadıqov 350-dən çox elmi əsərin, 1 monoqrafiyanın, 12 dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi altında 4 nəfər namizədlik dissertasiyasını müdafiə etmişdir.

Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları:

  • Ramiz Sadıqov -t.e.d., professor, Beynəlxalq əlaqələr şöbəsinin rəisi
  • Şəbnəm Hüseynova – tərcüməçi
  • Günel Qurbanova – kompyuter operatoru
  • Fatma Nəsirli – İngilis dilində hazırlıq fakültəsinin xarici tələbələrlə iş üzrə mütəxəssisi

Əlaqə tel.: +994(12) 497 26 00 (23-91)