Elmi-texniki informasiya və yeni texnikanın tətbiqi şöbəsi

Elmi-texniki informasiya və yeni texnikanın tətbiqi şöbəsi (ETİ və YTT) 1996-cı ildə yaradılmışdır. Şöbənin rəisi f.r.e.n., dosent Arif Ramazanzadədir.

ETİ və YTT şöbəsi Akademiyanın fəaliyyət profilinə uyğun olaraq elmi-tədqiqat işlərinin tematikası üzrə informasiya materiallarının sistematik axtarışının aparılmasının təşkili və təmini, onların analizini və mübadiləsini, elmi-texniki informasiyanın MAA-nın bütün strukturlarına paylanmasını həyata keçirir. Elmi-texniki informasiyanın operativ surətdə çap olunmasını, elmi-tədqiqat işinin tematikası üzrə jurnalların (respublika və xarici) təqdimini, seçilmiş elmi məqalələrin qəbulunu həyata keçirir. MAA-da aparılan elmi-tədqiqat işlərinin AMEA-nın İnnovasiya Mərkəzində dövlət qeydiyyatını və başa çatmış işlərin hesabatlarını Mərkəzə təqdim edir, MAA-nın elmi bölmələri əməkdaşlarının ixtiralarına patentlərin alınması üçün sənədləri hazırlayır və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent İşləri üzrə Dövlət Komitəsinə təqdim edir. Respublika və beynəlxalq konfransların hazırlanmasında iştirak edir, MAA-nın əməkdaşlarını tədbirlər (seminarlar, konfranslar, sərgilər) haqqında məlumatlandırır, AMEA və “AZAL” QSC-nin struktur bölmələri ilə texniki informasiya mübadiləsini, “Elmi Məcmuələr” jurnalının, dərslik, proqram, metodik və dərs vəsaitlərinin və digər çap məhsullarının formalaşdırılması, korreksiyası, tərcümə və son tamamlama işlərini yerinə yetirir və MAA-nın Poliqrafiya mərkəzində çap etdirərək bütün materialları MAA və “AZAL” QSC-nin müvafiq struktur bölmələrinə paylanmasını həyata keçirir. Şöbədə “AZAL” QSC-nin müxtəlif strukturları üçün 10-a yaxın hüquqi-normativ sənəd, “Aviasiya terminlərinin qısa izahlı lüğəti”, azərbaycan, rus və ingilis dillərində “Aviasiya terminlərinin texniki lüğəti”, azərbaycan, rus və ingilis dillərində “Aeronaviqasiya terminləri lüğəti” və “Aviasiya Ensiklopediyası” kitabının elektron variantı işlənib hazırlanmışdır. Şöbə əməkdaşlarının 50-dən çox elmi məqaləsi çap olunmuşdur.

Şöbə müdiri f.-.r.e.n. Arif Malik oğlu Ramazanzadə 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji institutunun Fizika ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1965-ci ildə AMEA-nın Fizika institutunda başlamışdır. 1969-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 2000-ci ildən MAA-nın ETİ və YTT şöbəsinin rəisi vəzifəsində işləyir.


Əlaqə tel.: +994 (12) 4972600, əlavə 2185;  

mob: +994 (50) 6300689

e.mail: