(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30
Bizi izləyin:
Dil:

Aviasiya elektronikası şöbəsi

Aviasiya elektronikası şöbəsi 1994-cü ildə yaradılmışdır. Şöbəyə yarandığı ildən t.e.d. Rasim Nəbiyev rəhbərlik edir.

Şöbənin elmi fəaliyyət istiqamətləri:

– aviasiya elektron avadanlıqlarının işlənməsi və istehsalı;

– avtomatlaşdırılmış sistemlərin işlənməsi və istehsalı;

– avtomatlaşdırılmış sistemlər üçün proqram təminatının yaradılması və tətbiqi;

– aviasiya təhlükəsizliyi sistemlərinin tədqiqi, işlənməsi və istehsalı.

Yarandığı vaxtdan şöbədə mülki aviasiyada tətbiq olunan 10-a qədər aviasiya sistemləri və cihazları işlənib hazırlanmışdır.

Şöbədə 10 elmi əməkdaş çalışır. İşlərinin nəticəsi olaraq şöbənin əməkdaşları tərəfindən 200-ə yaxın elmi məqalə, məruzə, dərslik, monoqrafiya və normativ sənədlər işlənib nəşr olunmuşdur.

Şöbə müdiri Rasim Nəsib oğlu Nəbiyev 05.07.06 – Yerüstü komplekslər, start avadanlıqları, uçuş aparatları və onların sistemlərinin istismarı ixtisası üzrə texnika elmləri doktoru (2007), b.e.i. (2001), prof. (2011), 1979-cu ildə Azərbaycan Politexnik İnstitunu bitirərək “Elektronçu mühəndis” ixtisasını almışdır. 1979-cu ildən SSRİ Müdafiə Sənayesi Nazirliyinin «Fotoelektronika» Elmi-tədqiqat İnstitunda mühəndis kimi fəaliyyətə başlayaraq Baş Elmi İşçi vəzifəsinə qədər yüksəlmişdir. Bu dövrdə gecəgörmə qurğuları üçün fotohəssas elementlərin işlənməsi ilə məşğul olmuşdur. 1987-ci ildə fizika-riyaziyat elmləri namizədi elmi dərəcəsi almışdır. 1994-cü ildən Milli Aviasiya Akademiyasının Elmi-tədqiqat Aviasiya İnstitutunda Aviasiya Elektronikası şöbəsinin rəisi və Aviasiya cihazları kafedrasında dosent, İnstitutun elmi şurasının elmi katibi, Elmi-tədqiqat sektorunun rəisi vəzifəsində işləmişdir. 170-dən çox elmi əsərin müəllifidir. O cümlədən 3 dərsliyin («Aviasiya elektronikası» Azərbaycan, rus dillərində) və 7 monoqrafiyanın, 14 ixtiranın müəllifidir. Onun rəhbərliyi və birbaşa iştirakı ilə Aviasiya sahəsində tətbiq olunan mühüm əhəmiyyətli layihələrin texniki-iqtisadi əsaslandırmaları aparılmış, yüklərin təhlükəsiz daşınmasına kompleks nəzarət sistemi layihələndirilmiş, aeroportların radiotexniki obyektlərinə kompleks nəzarət sistemi ASK-1, elektron idarəli birfazalı və üçfazalı gərginlik stabilizatorları BGS-4 və ÜGS-10, induksiya kabelaxtaranı İKİ-1, aerodrom elektrik qızdırıcısı AEQ-02-20000, təyyarələrin yüklənməsini ölçən qurğu İZS-110, radioaktiv yüklərə nəzarət qurğusu RNQ-001 kimi cihazlar və sistemlər layihələndirilmiş, hazırlanmış və istehsalata tədbiq olunmuşdur. «Milli Aviasiya Akademiyasının Elmi Əsərləri» toplusunun elmi redaktorudur. Milli Aviasiya Akademiyasının dissertasiya işlərinin müdafiəsi üzrə ixtisaslaşdırılmış Şuranın üzvüdür. Aeronaviqasiya xidmətinin inkişafı üzrə regional assosasiya-RADA-nın üzvüdür. Onun rəhbərliyi altında 3 nəfər namizədlik dissertasiyası müdafiə edib.

Əlaqə telefonu: (+994 12) 497 26 00 (24-88);   mob. (+994 55) 754 76 46

e-mail: rasimnabiyev@yahoo.com

Comments are closed.