(+994 12) 497-26-28
maa@naa.edu.az
Bakı şəh,Mərdəkan pr.,30
Stay connected:

Tələbə Gənclər Təşkilatı

Milli Aviasiya Akademiyasının Tələbə Gənclər Təşkilatı 2005-ci ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Bu təşkilatın əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: tələbələri təhsilə və elmi-tədqiqat işlərinə həvəsləndirmək üçün elmi konfranslar, müsabiqələr, olimpiadalar, elmi-əyləncəli oyunlar, seminarlar, dəyirmi masalar, təlim kursları və digər tədbirlər təşkil etmək, təhsil müəssisələrinin ictimai həyatında tələbə gənclərin fəallığını artırmaq, tələbə gənclər arasında əməkdaşlığın inkişafına yardım etmək, tələbələrin hüquqlarını müdafiə etmək, tələbə gənclər arasında bəşəri dəyərləri təbliğ etmək, vətəndaş cəmiyyətinin inkişafında onların rolunun artırılmasına nail olmaq, tələbələrin asudə vaxtının səmərəli təşkilinə nail olmaq məqsədilə mədəni-kütləvi tədbirlər təşkil etmək, tələbə gənclər arasında mənfi vərdişlərə qarşı təbliğat işləri aparmaq.

TGT müstəqil şəkildə fəaliyyət  göstərərək tələbələrin problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində əsaslı işlər görmüşdür. 

2009-2010-cu illər ərzində TGT akademiyanın hal-hazırki mətbu orqanı olan “Gənc Aviator” tələbə qəzetini təsis etmiş, bir çox gənclərarası intellektual bilik yarışlarında (“Nə? Harada? Nə zaman?”), rəsm-plakat müsabiqələrində, bədii-yaradıcılıq festivallarında daim aktiv iştirak edərək qabaqcıl yerlər qazanmış, Respublikamızın tarixi günləri ilə əlaqədar ədəbi-bədii kompozisiyalar və mədəni-kütləvi tədbirlər təşkil etmişdir.  Bununla bərabər TGT bir sıra ali təhsil müəssisələrində keçirilən elmi-praktik konfranslarda da iştirak edərək xüsusi fəallıq göstərmişdir. Bu konfranslardan Bakı Slavyan Universitetinin hər il Dünya azərbaycanlılarının Həmrəyliyi günü ilə əlaqədar olan elmi-praktik konfranslarda MAA tələbələrinin iştirakını vurğulamaq lazımdır. Akademiyanın Tələbə Gənclər Təşkilatı 2010-cu il üçün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ən fəal TGT seçilmişdir.