(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30
Bizi izləyin:
Dil:

Tədrisin təşkili və elmi kadrların hazırlığı idarəsinin əsas vəzifələri

  • Akademiyada ali peşə-ixtisas təhsili (bakalavriat), elmi-pedaqoji təhsil (magistratura) və elmi təhsil (doktorantura) üzrə dövlət standartlarına (Ali Təhsil üzrə Dövlət Standartı), Azərbaycan Respublikasının Təhsil Nazirliyinin normativ aktlarına, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO), Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA), Avropa Mülki Aviasiya Konfransının (ECAC) və həmçinin ixtisas və hazırlıq istiqaməti üzrə MDB Mülki Aviasiya tədris müəssisələrinin Tədris-metodiki birliyinin tövsiyələrinə uyğun olaraq əsas tədris proqramlarının formalaşmasının təşkil edilməsi və nəzarətdə saxlanması
  • tədris prosesinin planlaşdırılması, təşkil edilməsi, təkmilləşdirilməsi və ona nəzarət edilməsi
  • ixtisasların və hazırlıq istiqamətlərinin tədris prosesinin qrafikinin, dərs cədvəllərinin qurulmasına, aralıq və yekun qiymətləndirilmənin yerinə yetirilməsinə nəzarət edilməsi
  • dövlət attestasiya komissiyalarının işinin formalaşdırılması və həyata keçirilməsi
  • tədris prosesinin metodiki təminatının analizi, planlaşdırılması, təşkili və təkmilləşdirilməsi
  • tədris və tədris-metodiki iş üzrə normativ sənədlərin işlənməsi
  • tədris prosesinin diaqnostikası və mütəxəssis hazırlığı keyfiyyətinin analizi
  • attestasiyanın nəticələrinin statistik emalı
  • tədris, elmi-pedaqoji, istehsalat və diplomqabağı təcrübələrin təşkili və həyata keçirilməsi üzrə fakültələrin və kafedraların işinin koordinasiyası
  • tədris planlarının ekspertizası, mövcud tədris planlarına dəyişikliklərin edilməsi haqqında Akademiyanın Elmi Şurasına təkliflərin hazırlanması
  • tədris prosesinin təkmilləşdirilməsi üzrə tövsiyələrin işlənməsi
  • Akademiyanın tədris prosesinin kadr təminatının koordinasiyası
  • Akademiyanın kafedralarına fənlərin təhkim edilməsi haqqında təkliflərin hazırlanması
  • mövcud normativlərə müvafiq olaraq Akademiyanın professor-müəllim heyətinin saatlarının hesablanmasına dair materialların hazırlanması
  • kafedraların tədris yükünə dair normativlərin təkmilləşdirilməsi üzrə  təkliflərin hazırlanması
  • Akademiyanın müəllimləri tərəfindən tədris yükünün düzgün planlaşdırılmasına, hesablanmasına və yerinə yetirilməsinə nəzarət edilməsi
  • kafedralararası dərs saatlarının bölüşdürülməsinə nəzarət edilməsi, onun istifadəsinin analizi və təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması
  • Akademiyanın tədris prosesinin informasiya və metodiki təminatının analizi və koordinasiyası
  • ixtisaslar və hazırlıq istiqamətləri üzrə tədris-metodiki materialların hazırlanmasında ən yeni təcrübələrdən istifadə edilməsi
  • ali peşə-ixtisas təhsili, elmi-pedaqoji təhsil və elmi təhsilin müasir problemləri ilə bağlı toplantıların təşkili və həyata keçirilməsi
  • ixtisaslar və hazırlıq istiqamətləri üzrə tədris planı fənlərinin informasiya, proqram və metodiki təminatının analizi və onların təkmilləşdirilməsi üzrə tövsiyələrin işlənməsi
  • yeni tədris texnologiyalarının tədris prosesinə tətbiq edilməsi
  • ixtisaslar və hazırlıq istiqamətləri üzrə tədris planı fənlərinin tədris-metodoloji materiallarla təmin olunmasına nəzarət edilməsi
  • tədris-metodoloji xarakterli tədbirlərin (konfranslar, seminarlar, məsləhətlər, sərgilər və s.) hazırlanması və həyata keçirilməsi
  • Akademiyanın tədris-metodiki şurasının, onun şöbələrinin, fakültələrin və kafedraların tədris-metodoloji komissiyalarının fəaliyyətinin metodiki təminatı
  • Akademiyanın tədris-metodoloji prosesi üzrə müxtəlif müsabiqələrin keçirilməsi
  • tələbə olimpiadalarının və müsabiqələrinin və s. keçirilməsi üzrə işlərin istiqamətləndirilməsi
  • Akademiyanın tədris fəaliyyətinin material təminatının koordinasiyası
  • dərs otaqlarının və laboratoriyaların avadanlıqlarla təchiz olunmasının analizi
  • Akademiyanın tədris-laboratoriya bazasının inkişaf planının analizi
  • auditoriya fondunun  istifadə edilməsinin analizi, ondan effektli istifadə edilməsi üzrə təkliflərin hazırlanması
  • mütəxəssis hazırlığına dair sifarişlərin formalaşdırılması üzrə təkliflərin işlənməsi
  • Akademiyanın və ayrı-ayrı tədris proqramlarının lisenziyalaşdırılması, attestasiyası, akkreditasiyası proseduralarına hazırlıq zamanı struktur bölmələrin fəaliyyətinin koordinasiyası.