(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

Referent

Referent Əhmədova Gülnarə Telman qızı 2000-ci ildə Mingəçevir Politexnik İnstitutunun “İstehsalın iqtisadiyyatı və idarə edilməsi” ixtisasını, 2007-ci ildə isə Milli Aviasiya Akademiyasının “Beynəlxalq iqtisadi münasibətlər” ixtisasını bitirmişdir. Əmək fəaliyyətinə 2003-cü ildə MAA-nın maliyyə-iqtisad şöbəsində iqtisadçı vəzifəsində başlamış, sonradan (2010) aparıcı iqtisadçı vəzifəsinə keçirilmişdir. 2008-ci ildən “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasının dissertantıdır, həmçinin həmin kafedrada əvəzçi müəllim kimi elmi-pedaqoji fəaliyyət göstərir. 2010-cu ildən MAA rektorunun referenti vəzifəsində çalışır. “Elmi təminatlı innovasiya assosiasiyası” ictimai birliyinin icraçı katibidir. Azərbaycan Respublikası Prezidentinin 31 may 2018-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Əlaqə tel.: (+994 12) 497 28 29