(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh,Mərdəkan pr.,30
Stay connected:

Tələbə Qəbulu

 

Milli Aviasiya Akademiyasında (MAA) tələbə qəbulu Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən həyata keçirilir.

MAA-da tədris prosesi və mütəxəssis hazırlığı Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO), Dövlətlərarası Aviasiya Komitəsinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müasir tələblərinə uyğun təkmilləşdirilir.

Bununla əlaqədar MAA-ya tələbə qəbulunun aşağıda göstərilən özəllikləri vardır:

1. Beynəlxalq hava məkanında və aviasiya texnikasının istismarında istifadə üçün ICAO tərəfindən vahid danışıq dili ingilis dili qəbul edilmişdir. Ona görə MAA-nın birinci qrup ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər “Xarici dil” kimi yalnız ingilis dilini seçməlidirlər.

2. MAA-nın “Uçuş mühəndisliyi” və “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi” ixtisaslarına Heydər Əliyev Beynəlxalq Aeroportu Aviasiya poliklinikasının Həkim-uçuş ekspert komissiyasında xüsusi tibbi müayinə keçmiş, Azərbaycan vətəndaşlığı olan 23 yaşına qədər abituriyentlər qəbul edilirlər. Bundan başqa həmin abituriyentlər MAA-da “Psixofizioloji peşə seçimi” və “Fiziki hazırlıq” üzrə xüsusi qabiliyyət müsabiqələrini keçməlidirlər.

ÜMUMİ FİZİKİ HAZIRLIQ” ÜZRƏ QABİLİYYƏT MÜSABİQƏSİNİN NORMATİVLƏRİ 

3. “Uçuş mühəndisliyi” və “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi” ixtisaslarına sənəd verən, lakin xüsusi tibbi müayinədən və qabiliyyət müsabiqələrindən keçə bilməyən abituriyentlər digər birinci qrup ixtisaslarını seçmək üçün elektron ərizələrini MAA-nın nəzdindəki Sənəd Qəbulu Komissiyasında təsdiq etdirmək hüququna malikdirlər.

4. “Uçuş mühəndisliyi” ixtisasına Azərbaycan vətəndaşlığı olan 23 yaşına qədər oğlanlar qəbul edilir.

5. MAA-nın TQDK tərəfindən elanda göstərilən bütün digər birinci qrup ixtisaslarına, yaşadıqları ərazi üzrə qeydiyyatda olduqları poliklinikalarda ümumi qaydada tibbi müayinədən keçən və sənədlərini TQDK tərəfindən müvafiq rayon üzrə yaradılmış Sənəd Qəbulu Komissiyalarına təqdim edən abituriyentlər qəbul edilir.

6. Xarici dövlətlərin vətəndaşları Milli Aviasiya Akademiyasında yalnız ödənişli əsaslarla təhsil ala bilərlər.

Əlaqə tel.: (+994 12) 556 08 04;    (+994 12) 497 26 00 (23-49)

 

 

Elanlar