(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30
Bizi izləyin:
Dil:

Ekoklub

Ekoklub ətraf mühit və təbii sərvətlərin mühafizəsinin təbliği, ekologiya və ətraf mühit sahəsində təhsil alan tələbələrlə daimi əlaqənin yaradılması və təbliğatı sahəsində geniş şəbəkənin formalaşdırılması məqsədilə yaradılmışdır.

Ekoklubun rəhbəri “Ətraf mühitin aerokosmik monitorinqi” kafedrasının baş müəllimi, texnika üzrə fəlsəfə doktoru Hikmət Məmmədovdur.

MAA Ekoklubunun təşkilatçılığı ilə müntəzəm olaraq Milli Aviasiya Akademiyasında müəllim və tələbə kollektivinin iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən maarifləndirici seminar keçirilir. Seminarın məqsədi tələbələrin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunmasıdır.

Seminarda  ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, su ehtiyatlarının idarə olunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər, Azərbaycan Respublikasının ekoloji vəziyyəti, istehsalat və məişət tullantılarının idarə olunması, yaşıl iqtisadiyyat və davamlı inkişaf, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi, işğal olunmuş ərazilərdə ətraf mühitə dağıdıcı təsirin müəyyənləşdirilməsi və s. mövzularda geniş informasiya verilir, həmçinin tələbələri maraqlandıran suallar cavablandırılır.

Tel.: (+99412) 497 26 00 (26-20)