(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30
Bizi izləyin:
Dil:

Elmi məsləhətçi

Roald Zinnuroviç Saqdeyev 1932-ci il dekabrın 26-də Moskvada anadan olub. 1955-ci ildə Moskva Dövlət Universitetinə daxil olub.

1956-1961-ci illərdə İ.V. Kurçatov adına Atom Enerjisi İnstitutunda, 1961-1970-ci illərdə SSRİ Elmlər Akademiyası Sibir Bölməsinin Nüvə Fizikası İnstitutunda işləmişdir.

1973-cü ildən 1988-ci ilədək R.Z.Saqdeyev SSRİ Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun direktoru, sonra isə həmin institutun Elmi-metodiki analitik tədqiqatlar mərkəzinin rəhbəri olub.

Roald Saqdeyev 1964-cü ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə Rusiya Elmlər Akademiyasının akademiki seçilmişdir.

R.Z.Saqdeyev həmçinin ABŞ Milli Akademiyasının (1987), İsveç Kral Elmlər Akademiyasının (1987), İnkişaf etməkdə olan ölkələrin Elmlər Akademiyalarının (1987), Maks Plank adına Cəmiyyətin (AFR, 1975), Amerika İncəsənət və Elmlər Akademiyasının, Vatikan Elmlər Akademiyasının,  Tatarıstan Elmlər Akademiyasının, Çexoslovakiya Elmlər Akademiyasının, Macarıstan Elmlər Akademiyasının xarici üzvü, ABŞ, Avropa və Asiyanın bir sıra universitetlərinin fəxri doktorudur.

Roald Saqdeyev 1990-cı ildən 2016-cı ilədək Amerika Birləşmiş Ştatlarında yaşamış, Merilend Universitetinin professoru, eləcə də Merilend ştatının “Şərq-Qərb” Mərkəzinin direktoru olmuşdur. O, nüvə fəlakətinin qarşısının alınması üzrə Beynəlxalq Lüksemburq forumunun Müşahidə şurasının üzvüdür.

2016-cı ildən akademik Roald Saqdeyev Azərbaycanda yaşayır və işləyir. O, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Kosmik məsələlər üzrə şuranın həmsədri,  Milli Aviasiya Akademiyasında aerokosmik məsələlər üzrə elmi məsləhətçi və ADA Universitetinin professoru vəzifələrində çalışır.

Plazma fizikası (zərbə dalğaları, köçürülmə prosesləri, dayanıqsızlıq), idarə olunan termo-nüvə sintezi problemi, kosmik fizika üzrə elmi işlər Akademik Roald Saqdeyevə məxsusdur.

 Mükafatları və adları

  • Sosialist Əməyi Qəhrəmanı (1986).
  • Plazma fizikası üzrə işlərə görə Lenin Mükafatı Laureatı (1984).
  • İki Lenin ordeni, Oktyabr İnqilabı Ordeni və Qırmızı Əmək Bayrağı Orden.
  • “İlin Adamı” adı (Fransa, 1988).
  • Teyt medalı (Amerika Fizika İnstitutu, 1992).
  • Ettore Mayorana adına mükafat (İtaliya, 1993).
  • Leo Silard mükafatı (ABŞ Fizika Cəmiyyəti, 1995).
  • Maksvell adına mükafat (ABŞ Fizika Cəmiyyəti, 2001).
  • Karl Saqan xatirə mükafatı (Amerika Astronavtika Cəmiyyəti, 2003).
  • “Tatarıstan Respublikası qarşısında xidmətlərinə görə” Ordeni (2013).
  • Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2012-ci il tarixli fərmanı ilə Akademik Roald Saqdeyev “Azərbaycan Respublikasının beynəlxalq elmi əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə” “Dostluq” Ordeni İlə təltif edilib.