(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

“İmpuls” yaradıcılıq mərkəzi

Gənclərin “İmpuls” elmi-texniki yaradıcılıq mərkəzi MAA Elmi Şurasının 25 yanvar 2018-ci il tarixli 141 saylı iclasının qərarı ilə yaradılmışdır.

Mərkəzin məqsədi fundamental elmlərin və müasir intellektual texnologiyalarının öyrənilməsi əsasında  aviakosmik sahədə aktual məsələlərinin həlli üçün gənclərin yaradıcı potensialının cəmləşdirilməsidir.

Mərkəzdə aşağıdakı yaradıcı qruplar fəaliyyət göstərir:

1.İntellektual trenajorlar (Rəhbərlər: Seymur Kərimov, t.f.d. Vüqar Eynullayev, Hikmət Seyidov).

Aviakosmik sahə üçün real şəraitlərə və müxtəlif mürəkkəblik dərəcələrinə adekvat olan  məsələlərin avtomatik generasiyası imkanlarına malik intellektual trenajorların işlənməsi üzrə müasir texnologiyaların qavranılması.

2. Kiçik uçuş aparatlarının layihələndirilməsi (Rəhbər: Əkbər Əliyev).

Kiçik ölçülü uçuş aparatlarının (KUA) üçölçülü layihələndirilməsi və hazırlanması zamanı praktiki təcrübənin qazanılması, məsafədən idarəetmə üsullarının işlənməsi, telemetrik verilənlərin qəbulu və emalı üçün KUA-nın konstruksiya edilməsinin və laboratoriya şəraitində hazırlanmasının müasir texnologiyalarının qavranılması.

3. Aerokosmik monitorinq (Rəhbər: Sona Quliyeva).

Aerokosmik təsvirlərin emalı və analizi üzrə müasir texnologiyaların qavranılması və geoinformasiya sisteminin yaradılması.

4. İntellektual öyrədici sistemlər (Rəhbər: İlkin Mirzəyev).

Aviakosmik sahə üçün öyrədici sistemlərin riyazi və alqoritmik əsaslarının işlənilməsi (interaktiv öyrədici sistemlər, üçölçülü modelləşdirmə, intellektual və ya virtual öyrədici sistemlər).

5. Aviakosmik biotibbi mühəndislik (Rəhbərlər: t.f.d. Fuad Dadaşov, t.f.d. Ramil Muxtarov).

Uçuş heyəti üzvlərinin funksional vəziyyətinin müəyyən edilməsi üçün informasiya sistemlərinin işlənməsi;

Biotibbi təyinatlı mikrokontrollerlər əsasında portativ qurğuların işlənməsi.

6. Mikroprosessorlu inteqrasiya edilmiş sistemlər, intellektual sensor və interfeyslər (Rəhbərlər: Mehman Məmmədov, Fərrux Əlihümbətov)

Aviakosmik sahə üçün mikroprossesor sistemlərinin işlənməsi.

7. Aerokosmik robototexnika (Rəhbərlər: Gülnarə Səlimova, t.f.d. Fuad Dadaşov).

Robotexnika sistemlərinin layihələndirilməsində intellektual texnologiyaların praktiki tətbiqi üzrə vərdişlərin əldə edilməsi;

Avtonom hərəkətli robotlar üçün idarəetmə və naviqasiya sistemləri, ətraf mühitin tanınması üçün riyazi modellər və təsvirlərin yüksəksürətli emalı  və analizi alqoritmləri.

Təşkilati işlər:

  • Müntəzəm olaraq tematik seminarların və mühazirələrin keçirilməsi
  • Beynəlxalq olimpiadalarda, yarışmalarda və sərgilərdə iştirak
  • “Rəqəmsal elektronika” mövzusu üzrə olimpiadaların təşkili və keçirilməsi
  • “Baku  Modern School” tədris mərkəzinin himayə edilməsi
  • “Reyfreminq” studiyasının təşkili.

Tel.: (+994 55) 868 51 62

e-mail: dfh54@rambler.ru