İqtisad və mühasibat idarəsi

İqtisad və mühasibat idarəsi

Zakir Məcid oğlu Nəcəfov – idarə rəisi

Svetlana Aleksandrovna Prokofyeva – idarənin rəis müavini, baş mühasib

 

Mühasibatlıq aşağıdakı şöbələrdən ibarətdir:

Maliyyə şöbəsi

Afət Mirzəxan qızı Nəcəfova – mühasib

Vera Vasilyevna Baçurina – mühasib

Yuliana Nikolayevna Nyuneçkina – mühasib

Lyudmila Vladimirovna Sverbilova – mühasib

Xədicə Cavanşir qızı Əliyeva – mühasib

Aynur Telman qızı Rzayeva – mühasib

Planlaşdırma şöbəsi

Gülnarə Telman qızı Əhmədova – şöbə rəisi

Alla Edemovna Bağırova – aparıcı iqtisadçı

Ülviyyə Eldar qızı Əliyeva –  iqtisadçı

Nigar Lütviyar qızı Abasova – iqtisadçı

 

 Zakir Məcid oğlu Nəcəfov 1967 – 1972-ci illərdə Azərbaycan Neft Kimya İnstitununda iqtisadçı-mühəndis ixtisası üzrə təhsil almışdır. 1972-ci ildə “Sumqayıtkimyasənaye” İstehsal Birliyinin mərkəzi mühasibatlığına iqtisadçı təyin edilmişdir. 1973-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun “İqtisadi Tədqiqatlar” laboratoriyasında böyük mühəndis vəzifəsində işləmiş, 1976-cı ildə istehsalatdan ayrılmadan həmin institutun aspiranturasına daxil olmuşdur.

1986-cı ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün namizədlik dissertasiyasını müdafiə etmişdir.

1986-1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda “İqtisadi Tədqiqatlar” laboratoriyasında elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmaqla neftayırma, neftkimya sənayesinin perspektiv inkişaf istiqamətlərinin əsaslandırılması və səmərəliliyi sahələrində elmi-tədqiqat işlərinə rəhbərlik etmişdir.

1990-cı ildə “Azərbməişəttexnologiya” Elmi-İstehsalat Birliyində (EİB) İqtisadi şöbənin rəisi həvalə edilməklə elmi katib vəzifəsinə təyin olunmuşdur. 1991-ci ildən həmin birliyin nəzdində yaradılan “Ekstra” elmi-tədqiqat və istehsalat dövlət müəssisəsinə direktor, 1992-ci ildən EİB-nin baş direktor müavini təyin edilmişdir.

1993-cü ildə Kiyev “MASMA”  Elmi-İstehsalat Birliyinin “MASMAs” dövlət müəssisəsinin Bakı filialının direktoru, 1994-cü ildə Azərbaycan Elmlər Akademiyasının Nəzarət-Təftiş şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

1999-cı ildən  Azərbaycan Milli Elmlər Akademiyasının Maliyyə-plan şöbəsinin rəis müavini, 2001-ci ildən 2013-cü ilədək Maliyyə-İqtisad şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

2011-ci ildə “Azərbaycan Respublikasında Milli innovasiya sisteminin formalaşması və inkişafı” mövzusunda iqtisad elmləri üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir.

2013-cü ildən indiyədək Milli Aviasiya Akademiyasının İqtisad və mühasibat İdarəsinin rəisi vəzifəsində işləyir, həmçinin “Dünya İqtisadiyyatı” kafedrasında 0.5 ştat dosent vəzifəsində pedaqoji fəaliyyət göstərir.

Zakir Nəcəfov ölkənin iqtisadi inkişafında innovasiyanın rolu, yayılması və inkişafı ilə əlaqədar son illərdə respublika və beynəlxalq miqyaslı elmi konfranslarda (Moskva, Kiyev, Praqa, Vyana, Roma, İskəndəriyyə, London və s.) iştirak etmişdir. 70-dən çox məqaləsi, o cümlədən çap olunmuş kitabları vardır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 dekabr 2005-ci il tarixli 1156 nömrəli Sərəncamı ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Əlaqə: (012) 497-23-78;   Fax: 556-51-04