(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30
Bizi izləyin:
Dil:

Kadlar və kargüzarlıq şöbəsi

Kadlar və kargüzarlıq şöbəsi

Ağaşükür Əlihüseyn oğlu Hüseynov– şöbə rəisi,

Kədriya Belyalovna Əliyeva  – kadrlar üzrə mütəxəssis,

Samirə Ramiz qızı Məmmədova – inspektor,

Leyli Abdulhəmid qızı Həsənli – inspektor,

Səriyyəxanım Asif qızı Əhədova – sosioloq,

Minira Munirovna Xabibulina – kompüter operatoru,

Xalidə Barat qızı Qurbanova – kompüter operatoru,

Fatma İman qızı Kişiyeva  – kompüter operatoru,

Elnurə Nəbi qızı Orucova –  kargüzar,

Ruqiyə Qulam qızı Berziqiyarova  – pasportçu,

Rəisə Seydulla qızı Seydullayeva – psixoloq

Ağaşükür Əlihüseyn oğlu Hüseynov 31.03.1953-cü ildə Yardımlı rayonunda anadan olmuş, 1970-ci ildə orta məktəbi bitirdikdən sonra 1971-1977-ci illərdə istehsalatdan ayrılmadan S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almış və hüquqşünas ixtisasına yiyələnmişdir. 1970-1977-ci illərdə müxtəlif müəssisələrdə fəhlə kimi çalışmış, 1978-1979-cu illərdə SSRİ Dövlət Əmək Əmanət Kassalarının Azərbaycan Respublikası üzrə baş idarəsində böyük hüquq məsləhətçisi, 1979-1981-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasının hüquq məsləhətxanasında hüquq məsləhətçisi, 1981-1991-ci illərdə Bakı Maliyyə-kredit texnikumunda, 1991-1993-cü illərdə isə “Bakı Plan-iqtisad” texnikumunda “Hüquqşünaslıq” şöbəsində hüquq fənləri üzrə müəllim, 1993-1997-ci illərdə “Azərbaycan Maliyyə-iqtisad” kollecində hüquq fənn müəllimi, 1997-2000-ci illərdə Aviasiya Təhlükəsizlik İdarəsində hüquq məsləhətçisi, 2000-2004-cü illərdə “Azal” Dövlət Konsernində hüquq məsləhətçisi, 2004-2008-ci illərdə Aviasiya Təhlükəsizlik İdarəsi rəisinin hüquq məsələləri üzrə köməkçisi, 2008-2010-cu illərdə “Azal” QSC-nin Hüquq İdarəsində hüquq məsləhətçisi, 2010-cu ilin sentyabrdan hal-hazıra kimi Milli Aviasiya Akademiyasının Kadrlar və kargüzarlıq şöbəsinin rəisi – aparıcı hüquqşünas vəzifəsində işləyir. Mülki aviasiya sistemində işlədiyi 1997-ci ildən etibarən bu günə kimi Milli Aviasiya Akademiyasının Aviasiya Personalının Hazırlığı Mərkəzində və “Aviasiya təhlükəsizliyi” kafedrasında əvəzçiliklə pedoqoji fəalliyyətini davam etdirir. Hüquq üzrə fəlsəfə doktorudur. 2017-ci ilin fevral ayından Azərbaycan Respublikası Ağsaqqallar Şurasının məclis üzvüdür. Mülki Aviasiyada uzunmüddətli və qüsursuz fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 31 may 2018-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Əlaqə: (012) 497-26-28;   Fax: 497-28-29