(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

Həmkarlar İttifaqı Komitəsi

Azərbaycan Resublikasının Əmək Məcəlləsinə əsasən “Milli Aviasiya Akademiyası”nın rektoru Arif  Paşayev və “Milli Aviasiya Akademiyası”nın Həmkarlar İttifaqı Komitəsi arasında bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən hüquqi sənəddə “Milli Aviasiya Akademiyası”nın rektorluğu və əmək kollektivi arasında bağlanan kollektiv müqaviləyə əsasən fəaliyyət göstərir.

  • Kollektiv müqavilə aşağıdakı normativ-hüquqi aktlara müvafiq olaraq bağlanmışdır:
  • Azərbaycan Respublikasının Konstitusiyası;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
  • “Həmkarlar İttifaqları haqqında” 1994-cü il 24 fevral tarixli 792 nömrəli Azərbaycan Respublikasının Qanunu;
  • Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yanında Dövlət Dəniz Agentliyi və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin  2018-ci il 22 may tarixli Fərmanı;
  • Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2008-ci il 16 aprel tarixli 2761 nömrəli Sərəncamı;
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2008-ci il 30 aprel tarixli 105 nömrəli  Qərarı.

Kollektiv müqavilə işəgötürənlə HİK-in təmsil etdiyi əmək kollektivi arasında sosial-əmək münasibətlərini nizamlayan hüquqi sənəddir, sosial təminatı, güzəşt və kompensasiyaları, əmək şəraiti və ödənişini, əmək qanunvericiliyinin müvafiq normaları ilə nəzərdə tutulmuş digər aspektləri müəyyən edir və tərəflərin qarşılıqlı öhdəliklərini tənzimləyir.

Aviasiya Akademiyasının Həmkarlar İttifaqı Komitəsi Həmkarlar fəaliyyətinin əsas istiqamətləri  əsasən onun qarşısında duran  aşağıdakı vəzifələrdən ibarətdir:

  • Təhsil sahəsində oxuyan və işləyən ittifaq üzvlərinin əmək, sosial, iqitsadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi;
  • İşəgötürənlə əməkdaşlıq çərçivəsində ittifaq üzvlərinin mənafelərini təmsil etməsi, kollektiv danışıqların aparılması, kollektiv müqavilələrin, sazişlərin bağlanması və onların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi;
  • İttifaq üzvlərinin, onların ailə üzvlərinin sağlamlığına qayğı göstərilməsi, onların pensiya təminatının, sanatoriya, kurort müalicəsinin və istirahətlərinin təşkil edilməsi, bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi;
  • Əməyin mühafizəsinə, ətraf mühitə, sağlamlığa mənfi təsir göstərən faktorların aradan qaldırılmasına, üzvlərinin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə ictimai nəzarətin təşkil edilməsi;
  • Həmkarlar ittifaqı fəallarının, həmkarlar ittifaqı işçilərinin və həmkarlar ittifaqı üzvlərinin hazırlanmasının, yenidən hazırlığını, ixtisaslarının və təhsilinin artırılması;
  • Həmkarlar ittifaqı üzvlərinə və həmkarlar ittifaqı təşkilatlarına metodiki informasiya, hüquqi, maddi və digər yardım növlərinin göstərilməsi və s.

Aviasiya Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin Sədri

Qalib Çıraq oğlu Süleymanov 2002-ci ildə Milli Aviasiya Akademiyasını “Beynəlxalq hüquq” ixtisası üzrə fərqlənmə ilə bitirmişdir. Əmək fəaliyyətinə Milli Aviasiya Akademiyasının “Hüquqşünaslıq” kafedrasında saat hesabı müəllim vəzifəsində başlamış, sonra yarımştat və tam ştat müəllim vəzifələrində çalışmışdır. 2014-cü ildən Milli Aviasiya Akademiyası “İqtisadiyyat və hüquq” fakültəsinin dekan müavini vəzifəsinə təyin olunmuşdur. 2018-ci ildən Milli Aviasiya Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin Sədri seçilib. 20-dən çox elmi məqalənin müəllifidir.

Əlaqə tel.: (+994 12) 456-08-71; (+994 12) 497-26-00 (25-92);

Mob.: (+994 50) 532-99-25; (+994 77) 420-00-11;

e-mail: s.qalib@naa.az