(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30
Bizi izləyin:
Dil:

Azərbaycan Mülki Aviasiya Muzeyi

Mülki Aviasiya Muzeyi

Mülki Aviasiya Muzeyi haqqında

          Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki  Aviasiya Muzeyi mülki aviasiyamızın dünəni və bugününü əks etdirən eksponatların toplandığı, mühafizə, nümayiş və təbliğ edildiyi müqəddəs ocaqdır.

Azərbaycanın mülki aviasiya tarixinin araşdırılıb tədqiq edilməsi, təbliğ olunması, onun maddiləşdirilməsi  zəruriliyi  Azərbaycan Mülki Aviasiya Muzeyinin yaradılması üşün zəmin yaratmışdır. 2005-ci ilin aprel ayında “Azərbaycan Hava Yolları” Dövlət Konserni tərəfindən Azərbaycan Mülki Aviasiya Muzeyinin  yaradılması haqqında qərar qəbul edilmişdir.

Azərbaycan Mülki Aviasiya Muzeyi Azərbaycan Respublikasının “Muzeylər haqqında Qanununu”, Azərbaycan Respublikası Mədəniyyət və Turizm  Nazirliyinin  “Azərbaycan  Respublikası muzey sərvətlərinin  və muzey kolleksiyasının uçotu və mühafizəsinə dair təlimatını” və digər dövlət sənədlərini  əldə rəhbər tutaraq  muzeylərin qarşısına qoyulan vəzifələrə əsasən öz iş prinsipini qurmuşdur.

 Muzeyin strukturu

Mülki Aviasiya Muzeyi Milli Aviasiya  Akademiyasının  ərazisində yerləşən dördmərtəbəli tədris korpusunun nəzdində, I mərtəbədə yerləşir.

Onun sahəsi 254,88 kvdrat metrdir.

Muzey – fond və ekspozisiya şöbələrindən ibarətdir.

 Fondumuzda

Muzeyin  fond  şöbəsi muzey əşyalarının  toplanması,  mühafizə olunması,  uçot-qeydiyyat işinin  aparılması  funksiyasını  həyata  keçirir.

Muzeyin fondunda Azərbaycanın mülki aviasiyasının dünənini və bugününü     öyrənilməsində zəruri olan əyani vəsaitlər, qəzet materialları, əlyazmaları, qərar və sərəncamlar kimi dövlət sənədlərinin surətləri, fotoşəkillər, filmlər, bədii ədəbiyyat, təsviri sənət nümunələri və s. toplanmışdır. Onların ümumilikdə sayı 9000-dən artıqdır.

Bu materialar Azərbaycan Milli Arxiv İdarəsi, Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi, Azərbaycan Tarix Muzeyi, Dövlət Kino-foto sənədlər arxivi, Milli  Elmlər Akademiyasının Tarix İnstitutu, Azərbaycan Dövlət Teleradio Qapalı Səhmdar Cəmiyyəti, M.F. Axundov adına Milli Kitabxana, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycanın Belarusdakı səfirliyi və digər mənbələrdən əldə edilmişdir. Bununla yanaşı muzeyin fonduna Azərbaycan mülki aviasiyasının yaranmasında və inkişafında xidmətləri olan təyyarəçilərin ailə üzvləri tərəfindən bir çox sənədlər, əşyalar və s. hədiyyə verilmişdir. Toplanmış bu sənədlərin hər birində günümüzədək daşınıb xatirəyə çevrilmiş tarix öz əvəzsizliyi ilə böyük   əhəmiyyət kəsb edir.

Muzeyinin direktoru

Empty section. Edit page to add content here.

Ekspozisiya

    Muzeyin ekspozisiyası tarixi xronologiya üzrə 10 bölmə əsasında qurulmuşdur. Bu bölmələrin hər biri Azərbaycanın mülki aviasiyasının  yaradılması üçün atılmış ilk addımlardan başlayaraq, bu gün müstəqilliyimizin bərpa edildiyi dövrdə baş verən sürətli inkişafadək keçilmiş bütün tarixi yolları işıqlandırır.

Ekspozisiyamızda 1910-cu ildə Bakıda ilk uçuşun həyata keçirilməsi, ilk aerodromun tikilməsi,1915-ci ildə Bakıda açılmış dəniz aviasiyası zabitlər məktəbinin yaradılması,1931-33-cü illər ilk hava limanının (Binə) inşası, 1938-ci il 2 iyun tarixində Azərbaycanın ilk müstəqil mülki aviadəstəsinin təşkil olunması, Yevlax, Zabrat aviamüəssisələrinin fəaliyyəti və s. bu kimi tarixi məqamlar işıqlandırılmışdır.

Mülki aviasiyanın yaranmasında və inkişafında xidmətləri olan təyyarəçilər- Teymur Mustafayev, İvan Bandzo, Arkadi Ramanov, Əbülfəz Quliyev, Nurəddin Əliyev, Yusif Quliyev, Viktor İsgəndərov, qadın təyyarəçilərimizdən Leyla Məmmədbəyova, Sona Nuriyeva və Züleyxa Seyidməmmədova və digərləri haqqında da materiallar ekspozisiyamızda öz yerini alır.  Bundan başqa, muzeyin ekspozisiyasında ümummilli liderimiz Heydər Əliyevin əsl memarı olduğu Azərbaycan müasir mülki aviasiyasının inkişafını əks etdirən yazılı və foto materiallar nümayiş olunur. Heydər Əliyevin müdrik iqtisadi siyasəti nəticəsində Azərbaycan mülki aviasiyasının inkişaf etdirilməsi üçün qəbul edilmiş 1998- 2003-cü illər proqramı əsasında Bakı Beynəlxalq Hava Limanının yenidən qurulması, yeni sərnişin terminalının istifadəyə verilməsi, “Boeing” ailəsinə mənsub ilk təyyarələrin alınması və digər yerinə yetirilmiş işlər haqqında təfsilatı ilə məlumat verilir.

Həmçinin ekspozisiyamızda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında (2003-cü ildən) respublikamızda mülki aviasiyanın inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş proqramlara əsasən həyata keçirilən işlər – yeni beynəlxalq hava limanlarının, inzibati binaların, uçuş-enmə zolaqlarının açılışı mərasimlərinin, hava gəmiləri parkının genişləndirilməsini özündə əks etdirən fotoşəkillər, mülki aviasiyamızın inkişafına təsir göstərən sərəncam, qərarlar və s. nümayiş olunur.

Ekskursiyalar

Azərbaycan Mülki Aviasiya  Muzeyinin ekspozisiyası  2008-ci il fevralın 29-dan  öz qapılarını tamaşaçılarının üzünə açmışdır. Ekspozisiya fəaliyyətə başladığı gündən etibarən muzeyə tamaşaçıların cəlb edilməsi və ekskursiyaların təşkili işinə başlamışdır.  Öz tamaşaçı  kütləsini  genişləndirmək  məqsədi ilə muzey təkcə Milli Aviasiya  Akademiyasının   tələbə və müəllim heyətinin muzeyə cəlb edilməsi ilə kifayətlənməyərək  respublikanın  orta, orta ixtisas və ali tədris müəssisəsələri ilə  müqavilə  bağlayaraq  aviasiyamızın tarixinin təbliği üçün ekskursiyalar həyata keçirir.

Mühazirələr

    Mülki Aviasiya Muzeyinin əsas təbliğat vasitələrindən biri də  mühazirələrdir. Muzeyin  əməkdaşları tərəfindən  muzeydə və muzeydənkənar  təhsil  müəssisələrində də mühazirələr oxunur. Azərbaycanda mülki aviasiyanın yaranmasının  tarixi,  müasir inkişafı, ulu öndər  Heydər Əliyevin rəhbərliyi illərində aviasiyamızda həyata keçirilən layihələr, ilk qadın təyyarəçilərimiz,  Qarabağ şahinlərimiz,  tariximizin şanlı səhifələri, qanlı  günləri və s. bu kimi  mövzularda oxunan mühazirələr gənc nəslə vətənpərvərlik  hisslərinin aşılanması, onların böyüdükləri  torpağa  layiqli övlad olması, tariximizə və tarixi  köklərimizə  bağlılıqlarının  artırılması  üçün keçirdiyimiz tədbirlər sırasında özünəməxsus  yer  tutur.

Müzeydən kənar mühazirələr

Empty section. Edit page to add content here.

Qonaqlar

Empty section. Edit page to add content here.