(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

IATA İnstitutu haqqında

Biz 7 oktyabr 2013-cü il tarixindən etibarən, Azərbaycanın Milli Aviasiya Akademiyasının IATA səlahiyyətli Tədris Mərkəzi (IATA İnstitutu) kimi fəaliyyət göstəririk. Bu status bizə azərbaycan, rus və ingilis dillərində IATA kursları təşkil etmək hüququ verir. Kurslar IATA tərəfindən təsdiq olunmuş yüksək ixtisaslı təlimatçılar tərəfindən tədris edilir.

IATA Tədris Proqramı

Tədris materialları ingilis dilində dinləyicilərə təqdim olunur,  bununla belə, materialları daha yaxşı mənimsəmək və imtahandan müvəffəqiyyətlə keçmək məqsədi ilə kurslar dinləyicilərin istəyini nəzərə alaraq azərbaycan, rus və ya ingilis dillərində aparıla bilər, lakin yekun imtahanın yalnız ingilis dilində keçirilməsi məcburi xarakter daşıyır. Tədris materialları ya müstəqil şəkildə, ya da təlimatçının rəhbərliyi ilə mənimsənilir. İmtahanı müvəffəqiyətlə verən dinləyicilər beynəlxalq səviyyəli sertifikat əldə edirlər!

IATA İnstitutunda tədris olunan kurslar:

  1. Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması (Transportation of Dangerous Goods by Air)
  2. Beynəxlalq Yük Daşımaları (Cargo Introductory)
  3. Aviasiya Təhlükəsizliyinin Əsasları (Aviation Security Awareness)
  4. Canlı Heyvanların Daşınması (Live Animals Regulations)
  5. Silsilə Təchizat İdarəçiliyi (Supply Chain Managment)
  6. Hava Yüklərin Tarifləşdirilməsi və Marketinqi (Advanced Cargo Rating and Marketing)
  7. Kabin Heyətinin Təlimi (Cabin Crew Training)
  8. Yerüstü Sərnişin Xidməti (Passenger Ground Service)

Fəaliyyət dövründə IATA İnstitutunda 1500-dən artıq mütəxəssis təlim keçərək, sertifikatlar əldə etmişlər. Nəticə etibarı ilə, IATA İnstitutunda bu kurslara yiyələnən gənc mütəxəssislər gələcək fəaliyyətlərində ixtisaslı kadrlara lazım olan bilik və bacarıqlar əldə edirlər.

IATA İnstitutunda kursların keçirilməsi üçün auditoriyalar, əlavə müzakirələr üçün briefing otağı və istirahət üçün coffee break otağı fəaliyyət göstərir. Kurslar Milli Aviasiya Akademiyasında əvvəlcədən təyin olunmuş qrafik üzrə tədris olunur və yekunda imtahan təşkil olunur. İmtahan nəticələrinə əsasən dinləyicilər uyğun sertifikatlarla təmin olunurlar.


Təhlükəli yüklər

İATA İnstitutunda təhlükəli yüklərin bütün kateqoriyaları tədris olunur. Aşağıdakı cədvəldə işçilər üçün tövsiyyə olunan kateqoriyalar qeyd olunub.



Kateqoriyalar:

  1. Yükgöndərənlər və istismarçının yükgöndərən kimi fəaliyyət göstərən əməkdaşları, təhlükəli yükləri hazırlayan istismarçının əməkdaşları daxil olmaqla, yükgöndərənin vəzifələrini icra edən şəxslər
  2. Qablaşdırıcılar
  3. Təhlükəli yüklərin emalı ilə məşğul olan yük ekspeditorların əməkdaşları
  4. Yüklərin, poçt yükünün və ya bort sursatlarının(təhlükəli yüklərdən başqa) emalı ilə məşğul olan yük ekspeditorların əməkdaşları;
  5. Yüklərin, poçt yükünün və ya bort sursatlarınn emalı, saxlanması və yüklənməsi ilə məşğul olan yük ekpeditorların əməkdaşları
  6. Yüklərin yerüstü emalı üzrə istismarçıların və agentliklərin təhlükəli yüklərin qəbulunu yerinə yetirən  əməkdaşları
  7. Yüklərin yerüstü emalı üzrə istismarçıların və agentliklərin yüklərin, poçt yükünün və ya bort sursatlarının (təhlükəli yüklərdən başqa) qəbulunu  yerinə yetirən  əməkdaşları
  8. Yüklərin yerüstü emalı üzrə istismarçıların və agentliklərin yüklərin, poçt yükünün və ya bort sursatlarının və baqajın emalına, saxlanmasına və yüklənməsinə cavabdeh olan əməkdaşları
  9. Sərnişinlərə xidmət göstərməklə məşğul olan əməkdaşlar
  10. Uçuş heyətinin üzvləri və yüklənmənin planlaşdırılması üzrə mütəxəssislər
  11. Hava gəmisiniin heyət üzvləri(uçuş heyəti üzvlərindən başqa)
  12. Sərnişinlərə, onların yüklərinə və baqajlarına, poçt yükünə və ya bort sürsatlarına baxış keçirən təhlükəsizlik xidmətinin əməkdaşları

IATA-ya qeydiyyat və imtahan qaydaları

Kursda iştirak etmək və IATA dinləyicisi olaraq qeydiyyatdan keçmək üçün, təlim formasından asılı olmayaraq (qrup içində və ya fərdi şəkildə), İATA Səlahiyyətli İnstitutu ilə müqavilə imzalanmalı və kurs üçün ödəniş edilməlidir.

Azərbaycanda IATA-nın imtahanları ildə dörd dəfə keçirilir və müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş şəxslərə imtahanda iştirak etmək hüququ verilir.
Tədrisin ödənişinə aşağıdakılar daxildir:

  • Tədris kursu.
  • IATA qeydiyyatı.
  • İngilis dilində təlim materiallarının dinləyicilərə çatdırılması.
  • İmtahanlar (iki cəhd).
  • IATA Sertifikatı.

IATA İnstitutunun əməkdaşları:

  • Jordan Karamalakov – IATA baş məsləhətçi
  • Fragkiska Tsioutsiou – IATA DGR & AVSEC Instructor
  • Benjamin Nicholson – IATA DGR inspektoru və examinatoru
  • Əli İsa Məmmədov – Keyfiyyət üzrə mütəxəssis
  • Dürdanə Ismaılova – Kursların təşkili üzrə mütəxəssis
  • Nurad Ağayev – IATA kursları üzrə koordinatoru

IATA İnstitutunun təlimatçıları:

  1. Mübariz Əliyev – Aviasiya Təhlükəsizliyinin Əsasları
  2. Polad İsmayılov – Beynəlxalq Yük Daşımaları
  3. Adil Gasımov – Hava Yüklərin Tarifləşdirilməsi və Marketinqi
  4. Sabinə Mirzəyeva – Kabin Heyətinin Təlimi
  5. Arif Eyvazov – Beynəlxalq Yük Daşımaları
  6. Fidel Pashayev – Aviasiya Təhlükəsizliyinin Əsasları
  7. Hüseyn Əhmədov – Aviasiya Təhlükəsizliyinin Əsasları
  8. Şölə Nuriyeva – Aviasiya Təhlükəsizliyinin Əsasları
  9. Tamilla Cabbarova – Yerüstü Sərnişin Xidməti
  10. Sahillə Əhmədova – Silsilə Təchizat İdarəçiliyi
  11. Anar Mirzəyev – Canlı Heyvanların Daşınması
  12. Müşfiq Məmmədov – Hava Yüklərin Tarifləşdirilməsi və Marketinqi

Tel: (+994 12) 556 50 71