(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

Tələbə şəhərciyi

MAA-da ən müasir tələblərə cavab verən tələbə şəhərciyi yaradılmışdır. Ətrafı yaşıllaşdırılmış Tələbə Şəhərciyində üç yataqxana korpusu, 1600 yerlik tamaşaçı tutumuna malik, 9 cığırlı qaçış zolaqlı, ölçüləri 105m x 68m olan süni örtüklü standart futbol meydançası, tennis kortu, voleybol və basketbol meydançaları tikilmişdir. Yataqxana korpuslarının biri qızlar, digərləri oğlanlar üçün nəzərdə tutulmuşdur. Korpusların ümumi tutumu 230 nəfərdir. Bundan əlavə mətbəx, istirahət və qiraət zalları vardır. Yataqxana binasının yaxınlığında camaşırxana da tikilmişdir. İdmanla məşğul olanlar üçün əlavə soyunub-geyinmə otaqları və duş kabinələri də istifadəyə verilmişdir.

Əlaqə tel: (+994 12) 497 26 00 (20-95)

Mob.: (077) 337 74 56