(+994 12) 497-26-28
maa@naa.edu.az
Bakı şəh,Mərdəkan pr.,30
Stay connected:

Tələbə şəhərciyi

MAA-da ən müasir tələblərə cavab verən tələbə şəhərciyi yaradılmışdır. Ətrafı yaşıllaşdırılmış Tələbə Şəhərciyində iki 2 mərtəbəli yataqxana korpusu, 1600 yerlik tamaşaçı tutumuna malik, 9 cığırlı qaçış zolaqlı, ölçüləri 105m ´ 68m olan süni örtüklü standart futbol meydançası, tennis kortu, voleybol və basketbol meydançaları tikilmişdir. Yataqxana korpuslarının biri qızlar, digəri oğlanlar üçün nəzərdə tutulmuşdur. Hər korpus hər biri 2 nəfərlik olmaqla 33 otaqdan ibarətdir. Bundan əlavə mətbəx, istirahət və qiraət zalları vardır. Yataqxana binasının yaxınlığında camaşırxana da tikilmişdir. Bundan əlavə idmanla məşğul olanlar üçün əlavə soyunub-geyinmə otaqları və duş kabinələri də istifadəyə verilmişdir.