(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30
Bizi izləyin:
Dil:

Hesablama Mərkəzi

Hesablama Mərkəzi

Milli Aviasiya Akademiyasının Hesablama Mərkəzi (HM) 2005-ci ildən fəaliyyət göstərir. HM-nin əsas vəzifəsi tədris prosesinə, MAA-nın inzibati və təsərrüfat fəaliyyətinə müasir informasiya texnologiyalarının tətbiqindən ibarətdir.

HM-nin fəaliyyəti dövründə aşağıdakı işlər görülmüşdür:

– FastEthernet şəbəkə texnologiyalarından və simsiz Wi-Fi texnologiyalarından istifadə edilməklə MAA-nın bütün kompüterlərini birləşdirən lokal kompüter şəbəkəsi yaradılmışdır;

– internet şəbəkəsinə ayrı optik kanal üzrə qoşulmaq imkanı yaradılmışdır;

– MAA-nın müxtəlif struktur bölmələri ilə məlumat mübadiləsini operativ təşkil etmək üçün lokal şəbəkədə File-Server istismara verilmişdir;

– yaradılmış server (Mail-Server) sayəsində MAA-nın hər bir əməkdaşı fərdi elektron poçt qutusu əldə edə bilər;

– tələbələrin biliklərinin yoxlanılması üçün kompüter zalı, kompüter sinifləri, elektron kitabxana və linqafon sinfi kimi xüsusi auditoriyalar yaradılmışdır. Bütün bu auditoriyalar müasir aparat və proqram təminatı ilə təchiz edilmişdir;

– HM-nin əməkdaşları müxtəlif ixtisaslar üzrə xüsusi auditoriyaların yaradılması zamanı texniki və proqram təminatı işlərinin yerinə yetirilməsində fəal iştirak edirlər.

2008-ci ildən MAA-da sessiya imtahanları elektron test sistemi ilə aparılır. 2012-ci ildən “Moodle” açıq tipli internet resursları əsasında yeni Elektron İmtahan Test Sistemi  istifadəyə verilmişdir. Müxtəlif tədris testlərinin yaradılmasında, tələbələrin, kurs dinləyicilərinin, həmçinin “AZAL” QSC-nin struktur bölmələrinin əməkdaşlarının test üsulu ilə yoxlanmasının təşkilində bu test sistemi tətbiq olunmuşdur.

İmtahan zalında müasir kompüterlər və server, həmçinin imtahanların təşkil edilməsi üçün müvafiq proqram təminatı quraşdırılmışdır. Bundan əlavə, MAA-da kompüterlə təchiz olunmuş 15 ixtisaslaşdırılmış auditoriya müasir kompüterlərlə və müxtəlif ixtisaslara uyğun tədris proqram təminatı ilə təchiz olunmuş və tələbələr üçün limitsiz, sürətli internetə çıxış imkanı yaradılmışdır. Tədris prosesində 20-dən artıq proqram təminatından: tədris, test, elektron və riyazi modelləşdirmə, CAD proqramları, aviasiya kompüter trenajorları və s. istifadə olunur. İngilis dili kafedrasının linqafon sinfi tamamilə yenilənmiş və müasirləşdirilmişdir. Bu sinifdə ingilis dili üzrə 10-dan çox müxtəlif tədris və test proqramı quraşdırılmışdır.

MAA-nın elektron kitabxanasında müxtəlif elektron formatlarda (*.pdf, *.djvu, *.doc, *.latex) olan 900-dən artıq kitaba malik elektron kitabxana yaradılmışdır. Bu informasiya sistemi Web-portal kimi fəaliyyət göstərir. Bu sistemə giriş  məhduddur.

Elektron kitabxanada istifadə edilən əsas mənbələr aşağıda qeyd olunmuşdur:

– azad girişli internet resursları;

– MAA-nın müəllimləri tərəfindən yaradılan, həmçinin aviasiya sahəsi üzrə digər tədris müəssisələrindən götürülən elektron formalı tədris və metodiki vəsaitlər;

– müxtəlif növ təyyarələr üzrə multimedialı tədris proqramları (Boeing – 757, AirBus – 319, 320) və s.

Hal-hazırda tam mətnli sənədlərin, mühazirə kurslarının, yeni növ dərsliklərin, dərs vəsaitlərinin, test toplularının elektron daşıyıcılara keçirilməsi prosesi davam edir. Bu elektron kitabxanada məlumatlar fakültələr və onlara müvafiq kafedralar üzrə qruplaşdırılır. Hər bir kafedranın öz tədris-metodiki fəaliyyətinə dair elektron məlumatları yükləmək üçün açıq girişə malik  bölməsi vardır. Elektron kitabxanada təqdim olunan hər bir resurs haqqında məlumat əldə etmək üçün onun kiçik annotasiyası verilmişdir.

Elektron nəşrlərin çox hissəsi *.doc, *.pdf və *.djvu formatlarındadır və rahat naviqasiya sistemi ilə təchiz olunmuşdur. Bundan əlavə, hər bir nəşr olunmuş elektron resursun müəllif hüquqları qorunur və onlar xüsusi proqram vasitələri ilə qeyri-qanuni köçürülmədən qorunur.

 

Hesablama Mərkəzinin əməkdaşları:

Abdullabəyli Aftandil Əbil oğlu – HM-nin rəisi

Bərziqyar Ruslan Talıb oğlu – mühəndis-proqramlaşdırıcı

Dadaşov Elnur Əsgərəli oğlu – laborant

Bağırlı Hüseyn Rafael oğlu –  texnik Əbdürəhmanov Tural Əhliman oğlu– internet resursları üzrə  mühəndis-proqramlaşdırıcı

Hacıyev Rüstəm Novruz oğlu  – internet resursları üzrə  proqramlaşdırıcı

Hesablama Mərkəzinin rəisi – Abdullabəyli Aftandil Əbil oğlu 1996-cı ildə Azərbaycan Texniki Universitetini Mühəndis-elektromexanik ixtisası üzrə bitirmişdir. 2003-2006-cı illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində, 2007-2010-cu illərdə Kiyev Milli İnşaat və Memarlıq Universitetində Bina və qurğuların memarlığı ixtisası üzrə təhsil almışdır. Kompüterləşmə sahəsində müxtəlif işlərdə çalışmışdır.

Əlaqə tel.: (+994 12)  497 26 00 (20-59)

e.mail: aftandil.a.a@naa.edu.az