Tərbiyə işləri şöbəsi

Milli Aviasiya Akademiyasının Tərbiyə işləri şöbəsi öz işində Azərbaycan Respublikasının qanunlarını, normativ-hüquq xarakterli qanunvericilik aktlarını, Nazirlər Kabinetinin “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hislərinin yüksəldilməsi” və “Azərbaycan Respublikasında Dövlət Gənclər siyasətinin yerinə yetirilməsi ilə əlaqədar tədbirlər planı”nı, Azərbaycan Respublikasında gənclər və tələbələrlə işin təkmilləşdirilməsinə dair Azərbaycan Respublikası Prezidentinin icra aparatı rəhbərinin sərəncamını, “Aviasiya Haqqında” qanunu, müvafiq orqanların qərar, sərəncam və başqa sənədlərini, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsini, QSC-nin prezidentinin əmr və təlimatlarını, eləcə də Azərbaycan Təhsil Nazirliyinin əmr və sərəncamlarını, Milli Aviasiya Akademiyasının daxili nizamnaməsini əsas tutur.  Tərbiyə işləri şöbəsinə ali pedaqoji təhsilli, təlim-tərbiyə işində nəzəri və praktiki cəhətdən məlumatlı şəxslər qəbul edilir və tərbiyə işləri şöbəsinin rəisinə tabe edilir.

Tərbiyə işləri şöbəsi MAA-nın rektoruna, Rejim və tərbiyə işləri üzrə prorektoruna tabedir. Şöbə öz işini Milli Aviasiya Akademiyasının Rejim və tərbiyə işləri üzrə prorektoru tərəfindən təsdiq edilmiş iş planı əsasında qurur və ildə bir dəfə elmi şura qarşısında hesabat verir.

Tərbiyə işləri şöbəsi öz əməli fəaliyyətində öz işini gənc nəslin təlim-tərbiyəsi, Vətənə məhəbbət, sülhə və milli demokratik dəyərlərə əsaslanan əməyə vicdanlı münasibət əsasında qurur. MAA-nın nizamnaməsinə əsasən fakultə dekanları ilə birlikdə tələbələr arasında nizam-intizamın vəziyyətini mütəmadi araşdırır, nizam-intizamı pozanları cəzalandırır (xəbərdarlıq, məzəmmət, töhmət formasında), tərbiyə və tədrisdə fərqlənənləri isə mükafatlandırır (təşəkkür, təltif formasında).

Tələbələrin “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin qabaqcıl işçiləri ilə, Respublikanın tanınmış elm və incəsənət xadimləri ilə mütəmadi görüşləri keçirilir, müxtəlif sosial məzmunlu gəzintilər təşkil edilir.

Şöbənin əməkdaşları:

Şöbənin rəisi   İsgəndər Zəhmət oğlu Məmmədov 1989-cu ildə Rusiya Federasiyasının Sverdlovski şəhərində Sənaye Pedaqoji Universitetini bitirmişdir. Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 1993-cü ildən MAA-da Tərbiyə işləri şöbəsinin rəisidir. Baş müəllimdir, Qarabağ Müharibəsi Veteranıdır. SSRİ idman ustasıdır.

Əlaqə telefonu: (050 ) 363 29 91

Tərbiyəçi —  Nurəddin Surəddin oğlu Nurməmmədov 1980-ci ildə Bakı Dövlət Universitetinin  (S.M.Kirov adına ADU) Tarix fakultəsini  bitirmişdir. 1980-ci ildən 1995-ci ilədək Bakı şəhər 74 №-li Texniki Peşə məktəbində Azad Həmkarlar Təşkilatının sədri vəzifəsində işləmişdir. 1995-ci ildən MAA-da Tərbiyə işləri şöbəsində tərbiyəçi müəllim işləyir.

Əlaqə telefonu: (070) 370 16 36

Tərbiyəçi —  Vaqif Qabil oğlu Albalıyev 1978-ci ildə Gəncə Dövlət Pedaqoji Universitetinin”Filologiya”fakultəsini, 2003-cü ildə isə MAA-nın “Beynəlxalq hüquq”fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. Məktəb direktoru, Yerli Xalq Deputatlar Sovetinin sədri vəzifələrində işləmişdir.1995-ci ildən Milli Aviasiya  Akademiyasında Tərbiyə işləri şöbəsində tərbiyəçi müəllim işləyir. Qarabağ Müharibəsi Veteranıdır. Məcburi köçkündür.

Əlaqə telefonu: (050) 368 06 95

Tərbiyəçi — Rəsul Əyyub oğlu İsmayılov 1997-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Təyyarəçilik  Məktəbini bitirmişdir. 2017-ci ildən Milli Aviasiya Akademiyasında Tərbiyə işləri şöbəsində tərbiyəçi müəllim işləyir. Qarabağ müharibəsi veteranıdır.Birinci dərəcəli hərbi təyyarəçi, ehtiyatda olan zabit-mayordur.

 Əlaqə telefonu: (051) 441 99 49  

Tərbiyəçi —  Gülnar Fərhad qızı Cəfərova Milli Aviasiya Akademiyasının “Beynəlxalq hüquq” fakultəsini 2007-ci ildə “Hüquqşünaslıq” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2014-cü ildən Milli Aviasiya Akademiyasında Tərbiyə işləri şöbəsində tərbiyəçi müəllim  işləyir.

Əlaqə telefonu: (055) 609 10 27