(+994 12) 497-26-28
maa@naa.edu.az
Bakı şəh,Mərdəkan pr.,30
Stay connected:

Tərbiyə işləri şöbəsi

Milli Aviasiya Akademiyasının tərbiyə işləri şöbəsinə ali pedaqoji təhsilli, təlim-tərbiyə işində nəzəri və praktiki cəhətdən məlumatlı şəxslər qəbul edilir və tərbiyə işləri şöbəsinin rəisinə tabe edilir. Tərbiyə işləri şöbəsi öz işində Azərbaycan Respublikasının qanunlarını, normativ hüquq xarakterli qanunvericilik aktlarını, Nazirlər Kabinetinin “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi” və “Azərbaycan Respublikasında Dövlət Gənclər siyasətinin yerinə yetirilməsi ilə əlaqədar tədbirlər planı”nı, Azərbaycan Respublikasında gənclər və tələbələrlə işin təkmilləşdirilməsinə dair Azərbaycan Respublikası Prezidentinin icra aparatı rəhbərinin sərəncamı, “Aviasiya Haqqında” qanunu, müvafiq orqanların qərar, sərəncam və başqa sənədlərini, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsini, QSC-nin prezidentinin əmr və təlimatlarını və eləcə də Azərbaycan Təhsil Nazirliyinin əmr və sərəncamlarını, Milli Aviasiya Akademiyasının daxili nizamnaməsini əsas tutur.

Tərbiyə işləri şöbəsi Akademiyanın rektoruna, rejim və tərbiyə işləri üzrə prorektoruna tabedir. Şöbə öz işini Milli Aviasiya Akademiyasının rejim və tərbiyə işləri üzrə prorektoru tərəfindən təsdiq edilmiş iş planı əsasında qurur və ildə bir dəfə elmi şura qarşısında hesabat verir.

Tərbiyə işləri şöbəsi öz əməli fəaliyyətində öz işini gənc nəslin təlim-tərbiyəsi, Vətənə məhəbbət, sülhə və milli demokratik dəyərlərə əsaslanan əməyə vicdanlı münasibət əsasında qurur. MAA-nın nizamnaməsinə əsasən fakultə dekanları ilə birlikdə tələbələr arasında nizam-intizamın vəziyyətini mütəmadi araşdırır, nizam intizamı pozanları cəzalandırır (xəbərdarlıq, məzəmmət, töhmət formasında), tərbiyə və tədrisdə fərqlənənləri isə mükafatlandırır(təşəkkür, təltif formasında).

Tələbələrin “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin qabaqcıl işçiləri ilə, Respublikanın tanınmış elm və incəsənət xadimləri ilə mütəmadi görüşləri keçirilir, müxtəlif sosial məzmunlu gəzintilər təşkil edilir.

Kollektiv:

 

Məmmədov İsgəndər Zəhmət oğlu—1989-cu il tarixdə Rusiya Federasiyasının Sverdlovski şəhərində Sənaye Pedeqoji Universitetini bitirmişdir. Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 1993-cü ildən MAA-da Tərbiyə işləri şöbəsinin rəisidir. Baş müəllimdir, Qarabağ Müharibəsi Veteranıdır. SSRİ idman ustasıdır.

Əlaqə telefonu: (050 ) 363 29 91

 

Nurməmmədov Nurəddin Surəddin oğlu—- BDU-nun (S.M.Kirov adına ADU)Tarix fakultəsini 1980-ci ildə bitirmişdir.1980-ci ildən 1995-ci ilədək Bakı şəhər 74 №-li Texniki Peşə məktəbində Azad Həmkarlar Təşkilatının sədri vəzifəsində işləmiş,1995-ci ildən MAA-da Tərbiyə işləri şöbəsində tərbiyəçi müəllim işləyir.

Əlaqə telefonu: (070) 370 16 36

 

 

Albalıyev  Vaqif Qabil oğlu— 1978-ci ildə Gəncə Dövlət Pedaqoji Universitetinin”Filologiya”fakultəsini,2003-cü ildə isə MAA-nın “Beynəlxalq hüquq”fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.Məktəb direktoru,Yerli Xalq Deputatlar Sovetinin sədri vəzifələrində işləmişdir.1995-ci ildən Milli Aviasiya Akademiyasında Tərbiyə işləri şöbəsində tərbiyəçi müəllim işləyir. Qarabağ Müharibəsi Veteranıdır. Məcburi köçkündür.

Əlaqə telefonu: (050)368 06 95

 

Xəlili Ələddin Mirxəlil oğlu —1969 – cu ildə BDU – nun (S. M. Kirov adına ADU) filologiya fakültəsinə qəbul olunmuş və 1974-cü ildə oranı bitirmişdir. Təyinatla Yardımlı rayonunda ixtisası üzrə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində calışmışdır. Uzun müddət yaşadığı Xəzər (Əzizbəyov) rayonunda müxtəlif məktəblərdə ixtisası üzrə müəllim, metodist – müəllim, dərs hissə müdürü vəzifələrində işləmişdir.1992 – ci ildə könüllü olaraq Azərbaycan Silahlı Qüvvələri tərkibində Qarabağ uğrunda döyüşlərdə vuruşmuşdur. 1997 – ci ildən Milli Aviasiya Akademiyasında tərbiyəci müəllim və Azərbaycan dili və nitq mədəniyyəti fənni üzrə müəllim vəzifələrində calışır. 2009 cu ildən filologiya üzrə fəlsəfə dokroru, baş müəllimdir. Qarabağ müharibəsi veteranıdır. Ehtiyatda olan kapitandır.

Əlaqə telefonu: (012) 454-53-70 ,  (050) – 281- 29- 78.

Cəfərova Gülnar Fərhad qızı— Milli Aviasiya Akademiyasının “Beynəlxalq hüquq” fakultəsini 2007-ci ildə “Hüquqşünaslıq” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2014-cü ildən Milli Aviasiya Akademiyasında Tərbiyə işləri şöbəsində tərbiyəçi müəllim  işləyir.

Əlaqə telefonu: (055) 609 10 27