(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

1996-cı ildən  “Səma” nəşriyyatı kimi “AZAL”  Dövlət  Konserninin tərkibində fəaliyyətə başlayan Poliqrafiya Mərkəzi 2003-cü ildən Milli Aviasiya Akademiyasının tərkibində  fəaliyyət  göstərir.

Mərkəzdə Milli Aviasiya Akademiyasının professor – müəllim heyəti, Elmi-Tədqiqat İnstitutunun mühəndis və mütəxəssisləri tərəfindən hazırlanan kitablar, dərsliklər, dərs vəsaitləri, metodik proqramlar, monoqrafiyalar, elmi məcmuələr, müxtəlif elmi əsərlər geniş çeşiddə yüksək keyfiyyətlə nəşr olunur. Eyni zamanda Poliqrafiya Mərkəzində Mülki Aviasiyaya aid Akademiyadа mövcud olan ixtisaslar üzrə əyani vəsaitlər: plakatlar, bukletlər, diaqramlar, cədvəllər, fotoalbomlar, kataloqlar çap olunur. Milli Aviasiya Akademiyasında keçirilən elmi-praktik konfransların, simpoziumların, Elmi-metodik Şura iclaslarının, sərgilərin, müşavirələrin, beynəlxalq əhəmiyyətli tədbirlərin sənədləri və materialları Poliqrafiya Mərkəzində hazırlanır.

Poliqrafiya Mərkəzi Azərbaycan Dövlət Mülki Aviasiya Adminstrasiyası, “Azərbaycan Hava Yoları” Qapalı Səhmdar Cəmiyyətinin təşkilat və müəssisələri, Milli Aviasiya Akademiyası, “Silk Way”  və  “Buta” aviaşirkətləri  üçün müxtəlif növ aviasənədlərin, sertifikatların, təlimatların, uçuş kitabçalarının, metodik vəsaitlərin, elmi jurnalların və kataloqların, ciddi hesabat blanklarının və başqa reklam sifarişlərinin keyfiyyətli nəşrini və çapını təmin edir.

Fəaliyyət göstərdiyi illər ərzində Poliqrafiya Mərkəzində 81.323 ədəd kitab, 652.050 ədəd jurnal,  4037 ədəd rəngli buklet, 11.762.772 ədəd müxtləif növ blanklar çap olunmuşdur.

Poliqrafiya Mərkəzi işçilərinin siyahısı

S/sSoyadı, adı, atasının adıPeşəsi, vəzifəsi
1Zamanov Ədalət Nadir oğlu.Poliqrafiya Mərkəzinin rəisi
2Cəfərova Tahirə Muxtar qızı.Şöbə rəisi
3Məmmədov Elman Əfsər oğlu.Texniki redaktor
4Hüseynova Nərminə Ədalət qızı.Tərcüməçi
5Azayeva Südabə Əlikram qızı.Təsərrüfat müdiri
6Əsədullayeva Afət Dövlət qızı.Korrektor
7Nağıyeva Fərqanə Həsən qızı.Korrektor
8Mehdiyev Mobil Fikrət oğlu.Böyük korrektor
9Novruzov Anar Faiq oğlu.Komp. dizaynı üzrə mühəndis
10Zeynalov Rauf İlham oğlu.Çoxrəngli rizoqrafın mühəndisi
11Nəcəfova Heyran Mehman qızı.Kompyuter operatoru
12Qoşqarlı Raidə Qılman qızı.Kompyuter operatoru
13Eyvazova Lətafət Mansur qızı.Kompyuter operatoru
14Ağasiyeva Nuranə Bəxtiyar qızı.Kompyuter operatoru
15Daşdəmirov Səbuhi Nüsrət oğlu.Kompyuter operatoru
16Əsədova Ayna Məmməd qızı.Cildçi
17Cəfərov Rəhman Elşad oğlu.Cildçi
18Mirzəyeva Lalə Əliş qızı.Cildçi
19Əliyeva Mehriban Əjdər qızı.Cildçi
20Xrapova Natalya Виталйевна qızıSurətçıxardan  və surətçoxaldan maşınların operatoru
21Sadıqova Gülnaz Mayıl qızı.Surətçıxardan  və surətçoxaldan maşınların operatoru
22Məmmədova Xəyalə Akif qızı.Surətçıxardan  və surətçoxaldan maşınların operatoru
23Məmmədova Fatma Beydulla qızı.Texnik
24Məmmədova Ətrabə Abbas qızı.Sapla tikən maşınların operatoru
25Sadıqov Əvəz Azər oğlu.Kəsici maşınların operatoru

 

Ədalət Zamanov – Azərbaycan Dövlət Neft Akademiyasının neft – mexanika fakültəsini mühəndis-mexanik ixtisası üzrə bitirmişdir. 1996-cı ildən “Azərbaycan Hava Yolları” Dövlət Konserninin “Səma” nəşriyyatının direktoru, 2003-cü ildən isə “Azərbaycan Hava Yolları” Qapalı  Səhmdar Cəmiyyəti  Milli  Aviasiya  Akademiyası Poliqrafiya Mərkəzinin rəisi  vəzifəsində  çalışır.  Respublika  Jurnalistlər  İttifaqının  üzvüdür.

[/vc_column][/vc_row]