(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

Biz 7 oktyabr 2013-cü il tarixindən etibarən, Azərbaycanın Milli Aviasiya Akademiyasının IATA səlahiyyətli Tədris Mərkəzi (İATA İnstitutu) kimi fəaliyyət göstəririk. Bu status bizə azərbaycan, rus və ingilis dillərində IATA kursları təklif etmək hüququnu verir. Kurslar IATA tərəfindən təsdiq olunmuş yüksək ixtisaslı təlimatçılar tərəfindən tədris edilir.

IATA Tədris Proqramı

Tədris materialları ingilis dilində dinləyicilərə təqdim olunur,  bununla belə, materialları daha yaxşı mənimsəmək və imtahandan müvəffəqiyyətlə keçmək məqsədi ilə kurslar dinləyicilərin istəyini nəzərə alaraq azərbaycan, rus və ya ingilis dillərində aparıla bilər, lakin yekun imtahanın yalnız ingilis dilində keçirilməsi məcburi xarakter daşıyır. Tədris materialları ya müstəqil şəkildə, ya da təlimatçının rəhbərliyi ilə mənimsənilir. İmtahanı müvəffəqiyətlə verən dinləyicilər beynəlxalq səviyyəli sertifikat əldə edirlər!

İATA İnstitutunda tədris olunan kurslar aşağıdakı tematik sahələrə bölünür:

  1. Transportation of Dangerous Goods by Air (Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması)
  2. Cargo Introductory (Beynəxlalq Yük Daşımaları)
  3. Aviation Security Awareness (Aviasiya Təhlükəsizliyinin Əsasları)
  4. Live Animals Regulations (Canlı Heyvanların Daşınması)
  5. Supply Chain Managment (Silsilə Təchizat İdarəçiliyi)
  6. Advanced Cargo Rating and Marketing (Hava Yüklərin Tarifləşdirilməsi və Marketinqi)
  7. Cabin Crew Training (Kabin Heyətinin Təlimi)
  8. Passenger Ground Service (Yerüstü Sərnişin Xidməti)

Fəaliyyət dövründə IATA İnstitutunda 1500-dən artıq mütəxəssis təlim keçərək, sertifikatlar əldə etmişlər. Nəticə etibarı ilə, IATA İnstitutunda bu kurslara yiyələnən gənc mütəxəssislər gələcək fəaliyyətlərində ixtisaslı kadrlara lazım olan bilik və bacarıqlar əldə edirlər.

IATA İnstitutunda kursların keçirilməsi üçün auditoriyalar, əlavə müzakirələr üçün briefing otağı və istirahət üçün coffee break otağı fəaliyyət göstərir. Kurslar Milli Aviasiya Akademiyasında əvvəlcədən təyin olunmuş qrafik üzrə tədris olunur və yekunda imtahan təşkil olunur. İmtahan nəticələrinə əsasən dinləyicilər uyğun sertifikatlarla təmin olunurlar.


Təhlükəli yüklər

İATA İnstitutunda təhlükəli yüklərin bütün kateqoriyaları tədris olunur. Aşağıdakı cədvəldə işçilər üçün tövsiyyə olunan kateqoriyalar qeyd olunub.



Kateqoriyalar:

  1. Yükgöndərənlər və istismarçının yükgöndərən kimi fəaliyyət göstərən əməkdaşları, təhlükəli yükləri hazırlayan istismarçının əməkdaşları daxil olmaqla, yükgöndərənin vəzifələrini icra edən şəxslər
  2. Qablaşdırıcılar
  3. Təhlükəli yüklərin emalı ilə məşğul olan yük ekspeditorların əməkdaşları
  4. Yüklərin, poçt yükünün və ya bort sursatlarının(təhlükəli yüklərdən başqa) emalı ilə məşğul olan yük ekspeditorların əməkdaşları;
  5. Yüklərin, poçt yükünün və ya bort sursatlarınn emalı, saxlanması və yüklənməsi ilə məşğul olan yük ekpeditorların əməkdaşları
  6. Yüklərin yerüstü emalı üzrə istismarçıların və agentliklərin təhlükəli yüklərin qəbulunu yerinə yetirən  əməkdaşları
  7. Yüklərin yerüstü emalı üzrə istismarçıların və agentliklərin yüklərin, poçt yükünün və ya bort sursatlarının (təhlükəli yüklərdən başqa) qəbulunu  yerinə yetirən  əməkdaşları
  8. Yüklərin yerüstü emalı üzrə istismarçıların və agentliklərin yüklərin, poçt yükünün və ya bort sursatlarının və baqajın emalına, saxlanmasına və yüklənməsinə cavabdeh olan əməkdaşları
  9. Sərnişinlərə xidmət göstərməklə məşğul olan əməkdaşlar
  10. Uçuş heyətinin üzvləri və yüklənmənin planlaşdırılması üzrə mütəxəssislər
  11. Hava gəmisiniin heyət üzvləri(uçuş heyəti üzvlərindən başqa)
  12. Sərnişinlərə, onların yüklərinə və baqajlarına, poçt yükünə və ya bort sürsatlarına baxış keçirən təhlükəsizlik xidmətinin əməkdaşları

IATA-ya qeydiyyat və imtahan qaydaları

Kursda iştirak etmək və IATA dinləyicisi olaraq qeydiyyatdan keçmək üçün, təlim formasından asılı olmayaraq (qrup içində və ya fərdi şəkildə), İATA Səlahiyyətli İnstitutu ilə müqavilə imzalanmalı və kurs üçün ödəniş edilməlidir.

Azərbaycanda IATA-nın imtahanları ildə dörd dəfə keçirilir və müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş şəxslərə imtahanda iştirak etmək hüququ verilir.
Tədrisin ödənişinə aşağıdakılar daxildir:

  • Tədris kursu.
  • IATA qeydiyyatı.
  • İngilis dilində təlim materiallarının dinləyicilərə çatdırılması.
  • İmtahanlar (iki cəhd).
  • IATA Sertifikatı.

İATA İnstitutunun əməkdaşları:

  • Mikayıl Vəli oğlu Əhmədli – IATA institutunun icraçı direktoru
  • Jordan Karamalakov – İATA SENIOR ADVISER
  • Fragkiska Tsioutsiou – IATA DGR & AVSEC INSTRUCTOR
  • Benjamin Nicholson – İATA DGR INSPECTOR & EXAMINER
  • Ali İsa Mammadov – İATA İnstitutunun konsultantı
  • Durdane Ismailova – İATA Beynəlxalq əlaqələr üzrə mütəxəssis
  • Nurad Aghayev – İATA Koordinatoru
  • Mubariz Aliyev – İATA-nın təlimatçısı
  • Polad İsmayilov – İATA-nın təlimatçısı
  • Adil Gasimov – İATA-nın təlimatçısı
  • Sabina Mirzayeva – İATA-nın təlimatçısı
  • Arif Eyvazov- İATA-nın təlimatçısı
  • Fidel Pashayev- İATA-nın təlimatçısı
  • Huseyn Ahmadov – İATA-nın təlimatçısı
  • Shole Nuruyeva – İATA-nın təlimatçısı
  • Tamilla Jabbarova – İATA-nın təlimatçısı

Ünvan: AZ 1045.  Bakı şəh.,Mərdəkan pr., 30.

Əlaqə nömrəsi:  (012) 497-26-00(29-68), (050) 515-04-19.

Hörmətlə, Azərbaycan IATA İnstitutu.


Mikayıl Əhmədli 1989-cu ildə Azərbaycan Xarici Dillər İnstitutunun fransız dili fakültəsini, 1995-ci ildə isə Moskvada Mülki Aviasiya Ali Kommersiya Mərkəzinin “Xarici ölkələrdə aviaşirkət nümayəndəsi” şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. Milli Aviasiya Akademiyasında 2010-ci ildə əmək fəaliyyətinə başlamışdır. M. Əhmədli 2012-ci ildə Yunanıstanın Afina şəhərində təlimatçılıq texnikası və İtaliyanın Roma şəhərində peşəkar təlimatçılıq vərdişləri xüsusi IATA kurslarında iştirak etmiş, ən yüksək bal toplayaraq hər iki kurs üzrə Fərqlənmə sertifikatı almış və IATA-nın “Fərqlənən Təlimatçılar” siyahısına daxil edilmişdir.

2013-cü ildən MAA-nın İATA Tədris İnstitutunun icraçı direktoru vəzifəsində çalışır. Mikayıl Əhmədlinin ilk dəfə olaraq Milli Aviasiya Akademiyasının auditoriyalarında da tətbiq etdiyi «Saat Əqrəbi» konsepsiyası “Dünya Elmi” jurnalında dərc edilmiş və hal-hazırda dünya təlimatçıları tərəfindən giriş kurslarında geniş şəkildə istifadə olunmaqdadır. MAA-nın IATA Səlahiyyətli İnstitutunun hər il akkreditasiya keçərək status sertifikatını yeniləşdirməyi ilə əlaqədar olaraq, M.Əhmədlinin müəllifi olduğu tədris metodiki vəsaitlər hər il yeniləşdirilərək yerli və xarici dinləyicilərin istifadəsi üçün azərbaycan, rus və ingilis dillərində nəşr etdirilir.

Tel: (+994 12) 556 50 71

Mob: (+994 50) 330 70 66

E-mail: dgnet.status@mail.ru