(+994 12) 497-26-28
maa@naa.edu.az
Bakı şəh,Mərdəkan pr.,30
Stay connected:

IATA İnstitutu haqqında

01 oktyabr 2013-cü ildən IATA (International Aviation Transport Association – Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) və Milli Aviasiya Akademiyası (MAA) tərəfindən müştərək yaradılmış “IATA səlahiyyətli İnstitutu” azərbaycan, rus və ingilis dillərində “Təhlükəli Yüklərin Daşınması” üzrə kurslar keçmək, imtahan qəbul etmək və IATA sertifikatları vermək hüququna malikdir.

“Təhlükəli Yüklərin Hava Nəqliyyatında təhlükəsiz daşınması üzrə Texniki Təlimatlar” haqqında Əsasnamələrə uyğun olaraq, hava nəqliyyatında yük daşımaları ilə əlaqədar olan hər bir şəxs öz üzərinə düşən məsul vəzifələri yerinə yetirmək məqsədilə müvafiq hazırlıq keçməlidir.

Hər bir dinləyici kurs üçün lazım olan tədris materialları əldə edir. Hər bir kursun ödənişinə aşağıdakılar aiddir: kursun tədrisi, müvafiq dildə imtahan, IATA-da qeydiyyata alınma, tədris vəsaitləri və müvafiq keçid balı toplamış dinləyicilərə IATA sertifikatının təqdim edilməsi.

Kurslar aşağıda qeyd olunan aviasiya personalı üçün nəzərdə tutulmuşdur:

  • təhlükəli yük göndərən təşkilatların işçi heyəti və rəhbərləri;
  • yük göndərən ekspeditorlar;
  • marketinq və satışla məşğul olan konsolidator və yük agentlərinin işçi heyəti;
  • təhlükəli yükləri anbara qəbul edən yerüstü xidmət agentləri (təhlükəli yüklərin qəbulu zamanı yoxlama siyahısı dolduran mütəxəssis və istismarçı);
  • yük daşımaları satışı üzrə agentlər;
  • sərnişin qeydiyyatı üzrə agentlər;
  • qablaşdırıcılar;
  • yük agentləri, aviaşirkətlər və istehsalçıların işçi heyətləri.

IATA KURSLARI

1. “Təhlükəli yüklər” üzrə kurslar

Təhlükəli yüklərin bütün kateqoriyaları üzrə kurslar keçirilir:

Kateqoriyalar: 7, 8, 9, 10, 11, 12

İlkin hazırlıq – iki gün, (imtahan daxil olmaqla) – 14 saat

İxtisasartırma – bir gün (imtahan daxil olmaqla) – 10 saat

Kateqoriya:  6

İlkin hazırlıq – beş gün (imtahan daxil olmaqla)  – 50 saat

İxtisasartırma – üç  gün (imtahan daxil olmaqla) – 26 saat

Kateqoriyalar:  1, 2, 3

İlkin hazırlıq – üç gün (imtahan daxil olmaqla) – 26 saat

İxtisasartırma – iki gün, (imtahan daxil olmaqla) – 14 saat

2. Aviasiya təhlükəsizliyi” üzrə kurslar

İlkin hazırlıq – beş gün (imtahan daxil olmaqla) – 50 saat

İxtisasartırma – üç  gün (imtahan daxil olmaqla) – 26 saat

3.  “Yük Daşımaları” üzrə kurslar

İlkin hazırlıq – beş gün (imtahan daxil olmaqla) – 50 saat

İxtisasartırma – üç  gün (imtahan daxil olmaqla) – 26 saat

4. “Aviaşirkətlərin Kabina Heyəti” kursları

İlkin hazırlıq – beş gün (imtahan daxil olmaqla) – 50 saat

İxtisasartırma – üç  gün (imtahan daxil olmaqla) – 26 saat

5. “Təlimatçıların Təlimatlandırılması” kursları

İlkin hazırlıq – beş gün (imtahan daxil olmaqla) – 50 saat

İxtisasartırma – üç  gün (imtahan daxil olmaqla) – 26 saat

6. “Təhlükəli yüklərin daşınması” üzrə təlimatçıların təlimi kursları

İlkin hazırlıq – beş gün (imtahan daxil olmaqla) – 50 saat

İxtisasartırma – üç  gün (imtahan daxil olmaqla) – 26 saat

  Əlaqə:

 “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti  Milli Aviasiya Akademiyasının  IATA institutu

İcraçı direktor: Mikayıl Əhmədli

Tel: (+994 12) 556 50 71

Mob.: (+994 50) 330 70 66

Mob.: (+994 70) 330 70 66

E-mail: iata@naa.edu.az, dgnet.status@mail.ru