Milli Aviasiya Akademiyasının kitabxanası 1996-cı ildə – istifadəyə verilmişdir.

Ümumi sahəsi 562,7 kvadrat metr olan kitabxananın oxu zalında yerlərin sayı 120-yə çatdırılmışdır. Cari ildə kitabxanada oxucuların sayı 2337 nəfər olmuşdur.

Müasir tələblərə cavab verən akademiya kitabxanası öz fəaliyyətini “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun və kitabxana fəaliyyətini tənzimləyən digər normativ-hüquqi aktların tələblərinə uyğun şəkildə qurmuşdur. Akademiyanın kitabxanasının fondu elmi-texniki, tədris-metodiki və sorğu ədəbiyyatları ilə komplektləşdirilmişdir.

 Hazırda kitabxananın fondunda Azərbaycan, rus, ingilis dillərində 73 656 kitab oxucuların istifadəsindədir. 2015-ci ildə kitabxana 18 adda qəzetə və 36 adda jurnala abunə yazılmışdır. Oxuculara verilən ədəbiyyatın tematik-tipoloji hesabatı aparılır, fəal və qeyri-fəal istifadə edilən nəşrlər müəyyənləşdirilərək istifadəçilərin informasiya tələbatının ödənilməsinə yönəldilmiş sorğuların keçirilməsi və əldə edilmiş nəticələr əsasında fond ildən-ilə zənginləşdirilir.

Fondun siyahısına hava nəqliyyatının uçuş istismarı, hava nəqliyyatının texniki istismarı, elektronika, telekommunikasiya, radiotexnika, informasiya texnologiyaları və sistemləri, cihazqayırma, ekologiya, hidrometeorologiya, menecment, iqtisadiyyat, hüquqşünaslıq, naviqasiya, aviasiya texnikası, xüsusi avadanlıqları və cihazları, fizika, riyaziyyat, kimya, meteorologiya, hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi, hava nəqliyyatının hərəkətinin idarə olunması, avianəqliyyat istehsalatı, humanitar fənlər, xarici dillər, və s. sahələr üzrə dərsliklər, dərs vəsaitləri, metodiki göstərişlər, normativ-texniki sənədlər, xəritə və atlaslar, bədii ədəbiyyat və digər sənədlər daxildir.

Kitabxanada Mi-8, Mi-171, Embraer-190, Cessna-172S, Boeing-727/737/757/767 Airbus-319/320, 340 ATR-72/42, İl-76 tipli hava gəmilərinin uçuş istismarı üzrə təlimatlar, texniki xidmət üzrə dərsliklər, məlumat kitabçaları mövcuddur.

 Ölkəmizdə aviasiya sahəsini tənzimləyən qanunvericilik aktları, əsasnamələr, meteoroloji təchizat, hava hərəkəti xidməti, təyyarələrin kommersiya istismarı, xüsusi nəqliyyat xidməti, hava limanlarında aerodrom xidməti, uçuşların radiotexniki və rabitə, elektrik-işıq-texniki təminatı, uçuş qaydaları üzrə müxtəlif təlimatlar, habelə ICAO (İnternational Civil Aviation Organisation) sənədlərinin və əsas materiallarının elektron versiyası saxlanılır.

Kitabxanada mütəmadi olaraq, respublika və beynəlxalq səviyyəli tədbirlərin, müxtəlif  bayramların, yubileylərin, peşə bayramlarının yüksək səviyyədə təşkili və qeyd olunması üçün əməli tədbirlər həyata keçirilir,  aviasiya sahəsində yenilikləri və elmi-texniki nailiyyətləri əhatə edən sərgilər, elmi-texniki konfranslar və elmi tədqiqatların müzakirələri təşkil olunur, yeni ədəbiyyat haqqında informasiyanın yayılması təmin edilir.

Burada müasir informasiya texnologiyalarının tətbiqi və kompüterləşdirilmiş kitabxana infrastrukturunun yaradılması təmin edilmiş, (Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti), DMAA (Dövlət Mülki Aviasiya Administrasiyası), APHM (Aviasiya Personalının Hazırlığı Mərkəzi), SW (“Silk Way”) avia şirkəti, dekanlıqlar, kafedralar, mətbəə ilə əlaqələr və onların resurslarından istifadə üzrə elektron kitabxanaların yaradılması istiqamətində tədbirlər həyata keçirilmişdir.

Kitabxana tərəfindən dünyanın bir çox universitetlərinin kitabxanaları, respublikada fəaliyyət göstərən təhsil müəssisələrinin, dövlət qurumlarının tabeliyindəki kitabxanalar və ictimai təşkilatlarla əməkdaşlıq əlaqələri quraraq məlumat və informasiya mübadiləsi həyata keçirməkdədir. 2014-cü ildən N. E. Bauman  adına  Moskva  Dövlət Texniki Universitetinin kitabxanasından 668 adda 2248 ədəd kitab alınmışdır. Hal-hazirda Milli Aviasiya Akademiyasının kitabxanası Amerika  proqramı olan  Follet  Destiny  – Library management system ( Kitabxana idarəetmə sistemi)  adlı  elektron proqramla fəaliyyət göstərir. Oxucular  rahat  və  səmərəli şəkildə elektron kitabxana sistemindən istifadə edirlər. –  Şıxəliyeva Günel Bəxtiyar qızı

–  Hüseynova Fidan Yəhya qızı  –  kitabxanaçı. fidan-huseynova-1995@mail.ru

–  Cəfərova Mirvari  Həsən qızı – kitabxanaçı.

–  Məqsəliyeva Gülçöhrə Əhməq qızı – kitabxanaçı.

– Tokayeva Lyudmila Yura qızı – kitabxanaçı.

Əlaqə nömrəsi ; 497-26-00 (20-31)